Dünya futbolu
MY “Vulverhempton”un hücumçusu ilə güclənmək niyyətindədir
05.01.2025 | 21:00
“Mançester Yunayted” “Vulverhempton”un 25 yaşlı braziliyalı mərkəz hücumçusu Mateus Kunya ilə maraqlanır.
Sports.az xəbər verir ki, “canavarlar” braziliyalı futbolçunu buraxmaq istəmirlər və Kunyaya müddəti 2030-cu ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə təklif etməyə hazırdırlar.
“Qırmızı şeytanlar”ın isə növbəti mövsüm başlamazdan əvvəl Kunyanı satın almaq istədiyi vurğulanır.