Dünya futbolu
Diniyevin komandası uduzdu
05.01.2025 | 17:30
Azərbaycan millisinin üzvü Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.
Sports.az xəbər verir ki, onun çıxış etdiyi "Bandırmaspor" 18-ci turda "Manisa"nı qəbul edib.
Oyun qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Görüşə start heyətdə başlayan Diniyev sona qədər meydanda olub.
Bu nəticədən sonra "Bandırmaspor" 33 xalla 2-ci pillədə qərarlaşıb və lider "Kocaelispor"dan 5 xal geri qalır.