“Fənərbaxça”dan çətin qələbə
Türkiyə Super Liqasında 18-ci tura yekun vurulub.
Sports.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.
“Kasımpaşa” – “Qaziantep” və “Bodrumspor” – “Kayserispor” matçlarında qalib müəyyənləşməyib. “Fənərbaxça” isə evdə “Hatayspor”a çətinliklə qalib gəlib.
Hazırda 47 xal toplamış “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 39 xalla ikinci, “Samsunspor” 33 xalla üçüncüdür. “Eyüpspor” 30, “Göztəpə” 28, “Beşiktaş” 27, “Başakşəhər” 26, “Qaziantep” 22, “Kasımpaşa”, “Alanyaspor”, “Rizəspor” və “Antalyaspor” 21, “Konyaspor” 20, “Trabzonspor” və “Sivasspor” isə 19 xal toplayıblar.
Türkiyə Super Liqası
18-ci tur
3 yanvar
Alanyaspor – Konyaspor 2:1
Qollar: Makuta, 9. Kordova, 54 – Kramer, 90+6.
Rizəspor – Beşiktaş 1:1
Qollar: J.Fernandes, 38-öz qapısına – E.Muçi, 45+3.
4 yanvar
Adana Dəmirspor – Başakşəhər 0:1
Qol: Davidson, 32.
Antalyaspor – Eyüpspor 1:4
Qollar: Safuri, 48 – Tiam, 32; 35. A.Kutucu, 41. Ampem, 62.
Qalatasaray – Göztəpə 2:1
Qollar: Osimhen, 10-pen. Y.Akgün, 61 – Romulo, 27.
Samsunspor – Trabzonspor 2:1
Qollar: Holse, 30; 75 – Banza, 49.
5 yanvar
Kasımpaşa – Qaziantep 2:2
Qollar: Da Kosta, 7; 41 – Okereke, 9. H.Dərvişoğlu, 83.
Bodrumspor – Kayserispor 1:1
Qollar: C.Şen, 76 – Bahoken, 48.
Fənərbaxça – Hatayspor 2:1
Qollar: En Nesiri, 16; 45+5 – Butobba, 33.