Səudiyyə Ərəbistanı klubları Kazemironu satın almağa hazırdırlar

“Mançester Yunayted”in braziliyalı dayaq yarımmüdafiəçisi Kazemiro Səudiyyə Ərəbistanı klublarının maraq dairəsindədir.

Sports.az xəbər verir ki, “Əl-Nəsr” başda olmaqla, adları açıqlanmayan digər klubların hər biri Kazemiro müqabilində ən azı 30 milyon avro məbləğində ödəniş etməyə hazırdırlar.

Braziliyalı futbolçunun özü “qırmızı şeytanlar”ın düşərgəsini tərk etməyə hazırdır və Səudiyyə Səudiyyə Ərəbistanı klublarından birinə keçmək fikrinə açıqdır.

Vurğulanır ki, Kazemiro onunla ciddi maraqlanan “Əl-Nəsr”ə keçidə razılıq verərsə, Səudiyyə Ərəbistanı Peşəkar Liqasında ən çox maaş alan beş futbolçudan biri olacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar