Dünya futbolu
Deşamın Fransa yığmasındakı xələfi məlum oldu
09.01.2025 | 10:00
Məlum olduğu kimi, Fransa yığmasının baş məşqçisi Didye Deşam Şimali Amerikada keçiriləcək 2026-cı il dünya çempionatından sonra Fransa yığmasının baş məşqçisi vəzifəsindən gedəcəyini açıqlayıb.
Sports.az xəbər verir ki, fransız mütəxəssisin yerinə əsas namizədin kimliyi də məlum olub.
Bu, “Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidandır.
Vurğulanır ki, Zidanın “Real”dan sonra heç bir klubda işləmək istəməməsinin səbəbi, fransalı mütəxəssisin məhz “xoruzlar”ı çalışdırmaq niyyəti ilə bağlıdır.