Dünya futbolu
De Bröyne bir neçə aydır ki, MLS klubu ilə əlaqə saxlayır
09.01.2025 | 11:00
Son bir neçə ay ərzində “Mançester Siti”nin 33 yaşlı belçikalı hücumameyilli yarımmüdafiəçisi Kevin De Bröyne 2025-ci ildə MLS-də iştirak etməyi hədəfləmiş “San-Dieqo” klubu ilə əlaqə saxlayır.
Sports.az xəbər verir ki, “San-Dieqo” De Bröynenin karyerasını davam etdirmək istədiyi klubların qısa siyahısındadır.
Belçikalı futbolçunun karyerasını, yerli klubların marağında olduğu Səudiyyə Ərəbistanında deyil, MLS-də davam etdirməyə üstünlük verdiyi vurğulanır.