Raşfordun agenti İtaliyaya gəldi

“Mançester Yunayted”in məzunu, ingiltərəli cinah hücumçusu Markus Raşfordun agenti və ətrafı “Milan”la danışıqlar aparmaq üçün İtaliyaya gəlib.

Sports.az xəbər verir ki, ”Milan”la danışıqlar yanvarın 8-də başlayıb.

“Milan” icarə şərtlərini başa düşmək və sövdələşməni mümkün qədər tez başa çatdırmaq istəyir. Bununla belə, cari keçidin ilkin mərhələdə olduğu vurğulanır. Bundan əlavə, futbolçunun nümayəndələri yaxın günlərdə Dortmund “Borussiya”sı və adı açıqlanmayan digər klublarla danışıqlar aparmaq niyyətindədirlər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar