Dünya futbolu
MY Meynunun tələbini ödəməyə hazır deyil
09.01.2025 | 15:00
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının mənfəət və davamlılıq qaydalarına riayət etmək məqsədilə, “qırmızı şeytanlar”ın futbolçuları – ingiltərəli mərkəz yarımmüdafiəçi Kobbi Meynu və argentinalı sol cinah hücumçusu Alexandro Qarnaçonu (Qarnaço) satmağı düşünür.
Sports.az xəbər verir ki, Meynunun satıla biləcəyinin əlavə səbəbi, ingiltərəli futbolçunun yeni müqavilə ilə həftədə 200 min funt-sterlinq məbləğində qazanmaq istəyidir.
Vurğulanır ki, hazırda “qırmızı şeytanlar” 19 yaşlı gənc futbolçunun müvafiq tələbini ödəmək iqtidarında deyillər.