Dünya futbolu
“Çelsi” “Mançester Yunayted”in gənc ulduzuna əsas iddiaçıdır
09.01.2025 | 20:00
“Çelsi”, hazırda “qırmızı şeytanlar”la yeni müqavilə ilə bağlı razılığa gələ bilməyən, “Mançester Yunayted”in 19 yaşlı ingiltərəli mərkəz yarımmüdafiəçisi Kobbi Meynu uğrunda mübarizədə hamıdan öndədir.
Sports.az xəbər verir ki, Meynunun nümayəndələri Avropanın aparıcı klublarına, gənc futbolçunun bu qış və ya gələn yay “Mançester Yunayted”i tərk edə biləcəyi haqda bildirilş ünvanlayıblar.
Vurğulanır ki, hazırda “Mançester Yunayted” Kobbi Meynunun həftədə 200 min funt-sterlinq məbləğində maaş tələbini ödəmək imkanında deyil və belə olduğu halda, gənc futbolçu karyerasını davam etdirmək məqsədilə digər seçimləri qiymətləndirə bilər.