“Barselona”ya futbolçularını müvəqqəti qeydiyyata salmağa icazə verildi

“Barselona”, “blauqrana”nın ispan futbolçuları – hücumameylli yarımmüdafiəçi Daniel Olmo və mərkəz hücumçusu Pau Viktoru 2024/2025-ci illər mövsümünün ikinci dövrəsi üçün müvəqqəti qeydiyyatdan keçirməyə icazə alıb.

Spots.az xəbər verir ki, Ali İdman Şurası (CSD) İspaniya La Liqası və İspaniya Kral Futbol Federasiyasının (RFEF) imtinasına rəğmən, Kataloniya klubuna “blauqrana”nın futbolçularını müvəqqəti qeydiyyatdan keçirməyə icazə verib.

Buna səbəb “Barselona”nın tələbinin hüquqi əsası və öyrənilməsi üçün kifayət qədər dəlilə malik olmasıdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar