Dünya futbolu
Türkiyə millisinin üzvü mövsümü erkən başa vurdu
09.01.2025 | 10:15
Türkiyə millisinin və "Bornmut"un futbolçusu Enes Ünal zədələnərək mövsümü erkən başa vurub.
Sports.az "Relevo"ya istinadən xəbər verir ki, onun məşq zamanı çarpaz bağları qopub.
Daha əvvəl "qırmızı-qaralar"ın braziliyaılı futbolçusu Evanilsonun ayağı sınmışdı.
"Bornmut" Premyer Liqada 33 xalla 7-ci sırada yer alıb.