“Liverpul”la oyunda huşunu itirən futbolçunun durumu bəlli oldu

İngiltərə Liqa Kubokunun yarımfinalında “Liverpul”a qarşı oyun zamanı huşunu itirən "Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur sosial şəbəkələrdə səhhəti barədə məlumat paylaşıb.

Sports.az xəbər verir ki, o xəstəxanadan foto paylaşaraq səhhətinin yaxşı oluğunu bildirib.

Futbolçu dəstək mesajlarına görə təşəkkürünü bildirib və komandasını qələbə münasibətilə təbrik edib.

Yanvarın 8-də keçirilən görüşdə huşunu itirən futbolçu xəstəxanaya yerləşdirilib. Qarşılaşma “Tottenhem”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar