“Karagümrük”ə bir qol bəs etdi

Türkiyə Super Liqasında 32-ci tura yekun vurulub.
Sports.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.
“Antalyaspor” – “Alanyaspor”, “Kasımpaşa” – “Kocaelispor” və “Kayserispor” – “Eyüpspor” matçlarında qalib müəyyənləşməyib. “Karagümrük” isə “Gənclərbirliyi”ni minimal hesabla üstələyib.
Hazırda 74 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 70, “Trabzonspor” 66, “Beşiktaş” 59, “Göztəpə” 52, “Başakşəhər” 51 xal toplayıb.
Türkiyə Super Liqası
32-ci tur
1 may
Rizəspor – Konyaspor 3:2
Qollar: Laçi, 18. Mebude, 58. Auqusto, 65 – Jo, 16. Andzuana, 89.
Qaziantep – Beşiktaş 0:2
Qollar: Djalo, 7. Asllani, 22-pen.
2 may
Fənərbağça – Başakşəhər 3:1
Qollar: Taliska, 28; 57; 72 – Harit, 36.
Samsunspor – Qalatasaray 4:1
Qollar: Marius, 22; 71. Ndiaye, 57; 82 – Y.Akgün, 9.
Trabzonspor – Göztəpə 1:1
Qollar: U.Nayir, 90+3 – J.Santos, 32.
3 may
Antalyaspor – Alanyaspor 0:0
Karagümrük – Gənclərbirliyi 1:0
Qol: T.Çukur, 17.
Kasımpaşa – Kocaelispor 1:1
Qollar: Benediçak, 2 – Aqyei, 23.
Kayserispor – Eyüpspor 1:1
Qollar: Tuçi, 60 – Klaro, 4.





























