“Bu oyun üçün çox həyəcanlı idim” - Vernidub

“Bu oyun üçün çox həyəcanlı idim” - Vernidub

“Neftçi” bu gün Misli Premyer Liqasının 30-cu turnda “Karvan-Yevlax”ın qonağı olub.

Sports.az xəbər verir ki, oyundan sonra “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:

“Qarabağ”la ikinci oyundan (2:1) sonra uşaqlarda böyük motivasiya yaranmışdı. Yalan deməyəcəm, mən bu oyun üçün çox həyəcanlı idim. Adətən böyük oyunlardan sonra belə matçlara köklənmək asan olmur. Amma birlikdə bunun öhdəsindən gəldik. Buna görə futbolçularıma təşəkkür edirəm.

Hər oyuna final əhval-ruhiyyəsində çıxırıq. Üç oyunumz qalıb. Bütün oyunları önəmli və çətin sayıram. Avrokuboklar əsasən ölkə kubokunun finalından da asılı olacaq. Ona görə, mövsümün sonunda baxacağıq ki, hardayıq.

Falaye Sakoyo təşəkkür edirəm. Çox peşəkar yanaşır işinə. Bilirik ki, təcrübəli futbolçudur, Fransada çıxış edib. Hər oyuna peşəkar yanaşır. Mən buna görə ona təşəkkür edirəm, afərin.

“Qarabağ”a 1:5 hesabı ilə məğlub olanda mən söz tapa bilmirdim. Bilmirdim nə deyim. Ona görə, ikinci oyunu fərqli oynadıq. Qərar verdim ki, gəlim suallara cavab verməyim. Bəzən həyatda belə şeylər olur. Orda da bildirmişdim ki, səhhətimlə bağlı problem yox idi.

“Neftçi” kimi böyük tarixi olan klubda işləmək şərəfdir. Ən önəmlisi odur ki, oyunçular da başa düşməlidir ki, “Neftçi”də oynamaq üstünlükdür.

Heyətlə bağlı hələ heç nə deməmişəm. Kim deyibsə, o da cavab versin. Vaxtı gələndə deyəcəm. Çox şeylər yazırlar. Hətta yazırlar ki, futbolçularla münaqişəm olur. Amma belə deyil”.

Vernidub komandaya təyinatından sonra böyük dəyişikliklərə nail olduqlarını da deyib:

“Mən bura gələndə çox xallar itirilmişdi. Klub rəhbərliyi, futbolçular, hər kəs istəyir ki, nəticələr yaxşılaşsın. Bu baxımdan böyük dəyişikliyə nail olmuşuq.

Kubokun finalında “Sabah”a və ya “Zirə”yə tərəf olmağım etik olmaz. Baxmayaraq ki, “Sabah”ın çempionluğu bizə daha sərf edir. Amma mən rəqibimə heç bir halda pis nəsə arzulamaram. Çünki həyat bumeranqdır (gülür)”.

Son xəbərlər
PSJ-dən növbəti qələbə
“Barselona” “Real” üzərində qələbə ilə çempion oldu
“Milan” uduzdu, “Roma” qalib gəldi
“Maynts” uduzdu, “Hamburq” qalib gəldi
“Ağstafadan, Tovuzdan, Gədəbəydən, Şəmkirdən, Qazaxdan dəstək istəyirik” - Ehtiram Quliyev
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Arsenal”dan çətin qələbə
“Turan Tovuz”a bir qol bəs etdi - VİDEO
“Neftçi” adına layiq çıxış edirik” – Vernidub
“Şamaxı”da son iki oyunum qalıb” – Ayxan Abbasov
“Turan Tovuz” avrokuboklara vəsiqə qazandı, “Neftçi” darmadağına sevindi
Gürcüstandan 12 medalla
“Azərbaycandakı uğurum karyeramda xüsusi yer tutur” - Berdıyev
“Yenidən Premyer Liqaya qayıda bilərik” - Füzuli Məmmədov
“Araz Saatlı”, “Göygöl” və “Ağdaş”dan qələbə
Azərbaycan millisi Qoridə 3-cü oldu
“Sabah”ın əvəzediciləri Qəbələdə xalsız qaldı
Avropa çempionatına 6 parataekvondoçu ilə
“Böyük Dəbilqə”də bir medal
İbrahimov mükafatlandırıldı
Vyetnamda 1 dəst medal
Alaba İtaliya A Seriyasına keçə bilər
“Sportinq” məzununu kluba qaytarmaq istəyir
Vlahoviç iki nəhəngdən birinə qoşula bilər
“Bayern” “Mançester Siti”nin müdafiəçisi ilə maraqlanır
Bartezaqi “Milan”la bağlı arzusunu dilə gətirdi
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
Qrinvud Premyer Liqaya qayıda bilər
PSJ əsas ulduz ilə bağlı qərar qəbul etdi
Klublar üçün danışılmış oyunlara qarşı sessiya
DAHA ÇOX

Ən çox oxunanlar