Dünya futbolu
“Real” cinah müdafiəçisi axtarışındadır

03.06.2026 | 19:00
İspaniya nəhəngi “Real” “qaymaqlılar”ın müdafiə xəttinin sağ cinahına yüksək səviyyəli oyunçu axtarışındadır.
Sports.az xəbər verir ki, “Kral klubu”, “İnter”dən niderlanlı sağ cinah müdafiəçisi Denzel Dyumfrisə və “Tottenhem”dən ispan sağ cinah müdafiəçisi Pedro Porroya göz qoyur.
Vurğulanır ki, siyahahıda həmçinin, son vaxtlar “Real”ın kəşfiyyat xidmətinin ciddi müşahidəsi altında olmuş, Lissabon “Sportinq”inin ispan sağ cinah müdafiəçisi İvan Fresneda da var.
Son xəbərlər




























