Emrah Paşa

Emrah Paşa

2006-cı il, 27 iyul

İlk matçda səfərdə "Zimbru" ilə heç-heçə edən "Qarabağ" rəqibi Bakıda qəbul edir. Moldova klubu ilə səfərdəki 1:1 hamımıza mərhələ keçəcəyimizə ümid verir. Kişinyovda qolumuzu "Buğa" ləqəbli Samir Musayev vurur. Rəqibin heyətində Qaluşt Petrosyan fərqlənir. "Zimbru"nun heyətində daha bir qonşumuz - Karen Aleksanyan var. 

Bakıdakı matça 2 qonşumuz qonaq gələ bilər. Həssas dövrdü. Beynim qanlıdı. Cavab qarşılaşmasına hazırlığa başlayıram. "Basin"də tanış dərzi tapıb bir bayraq tikdirirəm. 

Bütöv Azərbaycan Birliyinin başqanı, dəyərli dostum Aqil Səmədbəyli ilə danışıram ki, nə qədər adam apara bilərik oyuna? Deyir nə qədər istəsən! Deyirəm 500 olar? Deyir, hə. 
Moskvadakı Azərbaycan Gənclərinin Koordinasiya Şurasının (KSAM - Koordinatsionnıy Sovet Azerbaydjanskoy Molodyoji) rəhbəri Siyavuş Məmmədova deyirəm 500 uşağa üstündə Xocalı həqiqətlərini əks etdirən köynəklər təşkil etmək olar? Deyir "Olar!".

"Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimovla danışıram. Nurlana deyirəm ki, bizə 500 bilet lazımdı. Deyir bəylə danışıb geridönüş edəcəm. Zəng edir deyir gəlin, problem yoxdu. 

Oyundan əvvəl Nurlan bizi onunla görüşdürür. Sonra doğmalarımdan da çox sevəcəyim bu insanı həyatımda ilk dəfə görürəm.

Həyatımda ilk dəfə gördüyüm bu cavan oğlan 500 bileti verir və "Heç nə lazım deyil" deyib, bir manat da almır.

Qarşılaşma başlayır, qonşularımızın bayrağını dostum Altay Ocaqverdiyevə həvalə edirəm. Oyunu bir başqa dostum Elnur Məmmədli AZTV-də şərh edir. Onunla tez-tez yazışıram ki, rejissora desin Altayı "nəzarətdə saxlasın".

"Buğa" yenə qol vurur, amma uduzuruq...

İllər keçir qəhrəman oğullarımızın sayəsində bütün məğlubiyyətlərin əvəzini çıxırıq. 

Bundan düz bir il sonra həyatımın ən böyük məğlubiyyətini alıram... Və bu məğlubiyyətin revanşı bir daha heç vaxt olmayacaq...

2001-ci il, noyabr

Həyatımın ən çətin dövrü...

Hələ də ondan əvvəlki Anar ola bilmirəm və bundan sonra çətin olam. Atamı itirirəm...

Zəng zəngin dalınca gəlir...

"Anar, Allah rahmet eylesin! 

Nə edə bilərəm, qardaşım? Onu bil ki, hər zaman yanındayam. Nə zaman, nə lazım olsa, utanma telefonum sənə 24 saat açıqdı"...

Hansısa ilin 25 fevralı

Yeganə dayım Yaşarla, yeganə qardaşoğlum Yusifin dünyaya gəldiyi gündü 25 fevral. Feysbukda fotolarını paylaşıram. Hələ Sovet dövrü Lomonosov adına Moskva Dövlət Universitetini bitirmiş, hazırda Kanadada yaşayan dayımla bağlı gözləmədiyim şərhi yazır:

- Yaşar dayımı, gözəl insanı təbrik edirəm.

Onacan bilməmişəm ki, "Azersun" yeni yarananda dayımla bir yerdə çalışıb.

2023-cü il, 30 may

"Four Seasons Hotel Baku"da keçirilən ilk "Sports.az Awards" mükafatlandırma mərasimi. "Mövsümün ən yaxşı klub funksioneri" mükafatını çoxdan haqq edib. Amma bu bir ilkdi. Və bu mükafatı ona şəxsən, böyük qürurla təqdim edirəm. 

2024-cü il, 16 fevral

"Qarabağ" "Braqa" ilə çox çətin oyuna hazırlaşır. Güclü rəqib qarşısında gözləntimiz o qədər də çox deyil.

Amma komandada bizim kimi düşünmürlər. Hamı oyuna köklənib, çox ciddi stress var. 

Dostum Əlisahiblə məni görüb yaxınlaşır. "Gəlin bir şəkil çıkdirək" deyir və öz telefonu ilə selfi edir. 

Həmin axşam "Qarabağ" səfərdə sensasiyalı qələbə qazanır - Portuqaliya klubunu 4:2 hesabı ilə məğlub edir və yekunda bu qələbə komandamızı o zaman üçün tarixinin ən böyük nailiyyətinə daşıyır.

2026-cı il, 31 mart...

Doğum günüm.

Zəng gəlir:

- Anarcım, salam. Təbriklər! 
Səsin çox yaxşı gəlir, deyəsən doğum gününü qeyd etmirsən?

Doğum günümə təbrik zəngində də könlümü xoş edən zarafatından qalmır. 

"Yaşar dayı ilə danışmırsan, necədi? Selam söylə. 

...Bu adamı çox sevirəm. Və bu adamı necə sevməyəsən?! 

İstiqanlı, səmimi, həmişə diqqətli, zarafatcıl, əlindən gələni etməyə hazır. 

Onu tanıdığım gündən 20 il keçir. Bu gün 50 illik yubileyidi. 

Emrah Çelikel "Qarabağ"ın uğurlarında müstəsna xidməti olan peşəkardı. 

Amma onu hamıya, o cümlədən mənə ilk növbədə sevdirən insaniyyətidi!

Emrah bəy haqda çox yaza bilərəm. 

Amma onunla bağlı sadəcə bir ən böyük arzumu yazım.

Tanrı sizə möhkəm cansağlığı versin, dəyərli bəy! Emrah Paşa! 

Neçə gözəl yubileylərə!

Son xəbərlər
“Barselona” “Arsenal”ın müdafiəçisi ilə maraqlanır
Azərbaycan millisinin növbəti rəqibi bəlli oldu
Cüdoçularımız İspaniyada beynəlxalq təlim-məşq toplanışında
“Liverpul”un sabiq qapıçısı karyerasını başa vurur
Emrah Paşa
“Kəpəz” “Neftçi”yə qarşı - YENİLƏNİR
Azərbaycanın altı boksçusu üçün Batumi sınağı
Feliks mövsümün ən yaxşı futbolçusu seçildi
Millimizin Avstriya toplanışı üçün heyəti açıqlandı
“İnter” “Arsenal”ın qapıçısı ilə güclənə bilər
Mövsümün ən yaxşıları açıqlandı
“Bayern” müdafiəçisini satmağa hazırdır
“Tottenhem” yeni qapıçı satın ala bilər
Benites istefaya göndərildi
Qvardiol gələcəyi ilə bağlı qərar qəbul etdi
Podolski karyerasını bitirdi
“Liverpul” “Leypsiq”in hücumçusunu hədəfə aldı
MY iki yarımmüdafiəçi satın almaq istəyir
Sarri yeni komandasını qəbul etməyə hazırlaşır
Günün oyunları – TV
A Seriyasında mövsümün məşqçisi məlum oldu
“Kəpəz” “Neftçi”yə, “Araz-Naxçıvan” “Zirə”yə qarşı
Fransada kubokun qalibi müəyyənləşdi
“Fiorentina”dan “Atalanta” ilə heç-heçə
Türkiyə kubokunun qalibi bəlli oldu
“Real” “Çelsi”nin yarımmüdafiəçisinin keçidini hazırlayır
Musiala sürücülük vəsiqəsindən məhrum edildi
A Seriyasında mövsümün oyunçusu məlum oldu
“Qarabağ” 3 xalı 4 qolla qazandı - VİDEO
"Sumqayıt"dan gözəl təəssüratlarla ayrılıram" - Saşa İliç
DAHA ÇOX

Ən çox oxunanlar