"Favoritim “Viktoriya”dır" - Vlastimil Petrjela 

Onu “Neftçi” azarkeşləri yaxşı xatırlayar. 2007-ci ilin yayında Qurban Qurbanovun istefasından sonra əcnəbi mütəxəssisə üstünlük verən “ağ-qaralar” komandanı məhz ona həvalə etdi. 

Lakin həmin dönəmdə komandada işlər yolunda getmədi və çalışdırıcı ilin sonunda istefaya göndərildi. Söhbət qısa müddət ölkəmizdə işləyən çexiyalı Vlastimil Petrjeladan gedir. 

69 yaşlı mütəxəssislə əlaqə saxlamağımız təsadüfi deyildi. Çünki onun həmyerliləri Çempionlar Liqasının pley-off mərhələsində məhz Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ”la qarşılaşacaq. 

Vlastimil Petrjela Sport.az saytına müsahibəsində həm bu cütlüyü dəyərləndirib, həm də şəxsi həyatı ilə bağlı maraqlı bir sirri açıb. 

- Çoxdandır sizdən xəbər yoxdu. Nə işlə məşğulsunuz?
- Öz ölkəmdə, Vlaşimdə yaşayıram. Burada peşəkar bir klubda gənclər komandasının baş məşqçisi kimi çalışıram. 

- Yəqin xəbəriniz var ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində həmyerliləriniz “Viktoriya” ilə qarşılaşacaq…
- Əlbəttə ki, xəbərim var. “Qarabağ” – “Viktoriya” matçını mən də çoxları kimi, səbirsizliklə gözləyirəm. Hər ikisi balanslı komandadır. 

- “Viktoriya”nın hazırkı durumu barədə nə deyə bilərsiniz? Komandanın futbolçuları, oyun üslubu, baş məşqçisi haqda fikirləriniz maraqlıdır…
- “Viktoriya” müştərək hərəkət edən bir kollektivdən qurulub. Çox intizamlıdırlar və əla çalışdırıcı tərəfindən idarə olunurlar. Baş məşqçiləri Mixal Bilek bir neçə klubla yanaşı, Qazaxıstan yığmasını da çalışdırıb. 

- Bəs “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla tanışlığınız varmı? 
- Qurban Qurbanovu şəxsən tanımıram. Amma 2007-ci ildə “Neftçi”ni ondan aldığımı bilirəm. 

- “Qarabağ” – “Viktoriya” cütündə şansları necə dəyərləndirirsiniz? 
- “Viktoriya” artıq bir dəfə “Qarabağ”ı avrokuboklardan kənarlaşdırıb. Komandaları müqayisə etdikdə Çexiya təmsilçisini daha balanslı hesab edirəm. Bu üzdən favoritim “Viktoriya”dır. Yəni bu komandanın Çempionlar Liqasının qrupuna yüksəlmək şansını daha çox sayıram. 

- Azərbaycan haqda xatirələriniz necədir? 
- Azərbaycan çox xoşuma gəldi. Ölkənizi sevirəm, gözəl yerdir.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar