“Viktoriya” elə nəhəng klub deyil ki...” - Tarixi qolun müəllifi

“Viktoriya” elə nəhəng klub deyil ki...” - Tarixi qolun müəllifi

O, Azərbaycana gələn tək-tük əcnəbi hücumçulardandır ki, uzun müddət yerini doldurmaq mümkün olmadı. “Qarabağ” geridə qalan illər ərzində bir çox forvard gətirsə də, daim mərkəz hücumçusu baxımından problem yaşadı. 

Söhbət Azərbaycan çempionunun 2017/18 mövsümündə Çempionlar Liqasının qrupuna vəsiqə qazanmasının memarlarından olan, Kopenhagendəki pley-off matçında həlledici qola imza ataraq "Qarabağ"ın tarixdə ilk dəfə Çempionlar Liqasının qrupuna düşməsində əvəzsiz xidmət göstərən Dino Ndlovudan gedir. Hazırda Çinin “Çançun Yatay” klubunda çıxış edən cənubi afrikalı futbolçu Sports.az saytına müsahibəsində “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Çexiya təmsilçisi “Viktoriya” önündə şanslarını dəyərləndirib. 

- Sabiq komandan “Qarabağ”ın oyunlarını izləyə bilirsiniz? 

- Açığı, matçlara baxmağa çox vaxtım olmur. 

- Nəticələrindən də xəbəriniz yoxdur? 

- Çempionlar Liqasında oyunların nəticələrinə baxıram. Xüsusən də, “Qarabağ”ın hesablarını diqqətdə saxlayıram. Keçmiş komandam çətin rəqibləri keçib. İnanıram ki, uğurlu çıxışını sona qədər davam etdirər. 

- “Qarabağ” 5 ildən sonra yenidən Çempionlar Liqasının qrupuna düşmək şansı qazanıb. Sabiq komandanızın “Viktoriya” önündə şansını necə görürsünüz? 

- Fikrimcə, “Qarabağ” “Viktoriya”nı məğlub edəcək səviyyədədir. Yəni Çexiya komandası nəhəng klub deyil ki, “Qarabağ” onu keçə bilməsin. 

- 2017/18 mövsümündə pley-offda “Kopenhagen”i üstələyərək qrupa vəsiqə qazandığınız dueldə həlledici qolu siz vurmuşdunuz. Həmin qarşılaşmanı necə xatırlayırsınız? 

- Möhtəşəm mövsüm alınmışdı. Bunu heç vaxt unutmaq olmaz. Danimarka çempionuna qarşı çətin oyunlar oldu. Səfər qolu sayəsində onları keçdik. Xoşbəxtəm ki, həmin qolu da mən vurdum. Hər şey ola bilərdi, bərabər gücdə komandalar qarşılaşırdı. Ancaq bunu biz bacardıq. 

- Bəs indi necə, həmin uğuru təkrarlamaq olarmı? 

- Niyə olmasın? “Qarabağ”ın kifayət qədər yaxşı heyəti var. Çempionlar Liqası böyük turnirdir, “Qarabağ” da orada oynamağa layiqdir. Elə təsnifat mərhələlərində məğlub etdiyi rəqiblərə baxdıqda “Qarabağ”ın nə qədər yaxşı olduğunu görürük. İnanıram ki, Azərbaycan çempionu bizim beş il əvvəlki göstəricimizi təkrarlayar.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar