“Zubirlə Kadinin əhvalı yerində olsa, “Qarabağ” qalib gələcək”

“Zubirlə Kadinin əhvalı yerində olsa, “Qarabağ” qalib gələcək”

“Qarabağ”dakı çıxışı ilə Azərbaycanda məşhurlaşan və ardından Avropaya yolu açılan Vaqif Cavadov hazırda digər sabiq klubu “Sumqayıt”ın U-19 komandasının baş məşqçisidir. 

Karyerasını erkən bitirən 34 yaşlı mütəxəssis Sports.az saytına müsahibəsində Ağdam klubunun Çempionlar Liqasının pley-off mərhələsində Çexiya çempionu “Viktoriya” önündə şanslarını dəyərləndirib, həm rəqibin, həm də “Qarabağ”ın Plzendə əsas silahlarını göstərib. 

- “Qarabağ” bu gün Çempionlar Liqasının pley-off mərhələsində Çexiya klubu “Viktoriya” ilə səfərdə qarşılaşacaq. Bakıda baş tutan ilk oyuna əsasən hansı fikri yürütmək olar? 
- Çox çətin oyun olacaq. Pley-offun əhəmiyyəti əvvəlki mərhələlərdən böyükdür. Əgər bura qədər gəliblərsə, deməli, komandaların təcrübəsi, ustalıq səviyyəsi yüksəkdir. Bu, bəxtlə olan şey deyil. Birinci oyun göstərdi ki, hər iki komanda həm qalib gələ, həm də məğlub ola bilər. “Qarabağ”la “Viktoriya”nın fərqli oyun üslubları var. Amma yenə də şanslar bərabərdir. Bunun da nəticəsidir ki, Bakıdakı qarşılaşma qolsuz bərabərliklə yekunlaşdı. Əlbəttə ki, “Qarabağ”ın qələbə ilə Azərbaycan xalqını sevindirməsini arzulayıram. Bundan sonrakı mərhələdə də “Qarabağ”a “Real”, “Barselona”, “Bavariya” kimi nəhəng klublar düşsün. 

- “Qarabağ” bu mövsüm hər mərhələnin ən güclü komandası ilə qarşılaşıb. Sizcə, bu, komanda üçün mənfi, yoxsa formaya düşmək tempini artırmaq baxımından müsbət hal oldu? 
- Avrokuboklarda hər oyun inkişaf deməkdir. Ümumiyyətlə, xarici komandalarla istər yoxlama görüşü, istərsə də beynəlxalq oyunlar olsun, hər matç futbolçunun inkişafını sürətləndirir, onun başqa mühitə tez öyrəşməsinə kömək olur. Bu amillər “Qarabağ”ın işinə çox yarayır. Baş məşqçisinin, eyni zamanda klubun zəngin avrokubok təcrübəsi var, o ab-havanı daim qorumaq istəyirlər. Buna görə də komanda heç vaxt ruhdan düşmür, öz oyununu sərgiləyir və ən əsası, nəticə verir. 

- Cavab görüşündə nələrə diqqət yetirmək lazım gələcək? 
- Bakıdakı oyunda gördük ki, “Viktoriya”nın futbolçularının hamısı ucaboydur. Eyni zamanda təkbətək mübarizələrdə çox yaxşıdırlar. Həm də oyunboyu təkbətək mübarizələrə üstünlük verdilər, hücumçularımızı boş buraxmadılar. Bu da “Viktoriya” üçün çox böyük üstünlükdür. Bu baxımdan “Qarabağ”a çətin olacaq. Təmsilçimizin vəziyyətdən çıxış yolu necə olacaq, hücumçularımız rəqib müdafiəçilərdən necə sıyrılacaq, bunu matçda görəcəyik. 

- Sizcə, “Qarabağ”ın Plzendə əsas silahları kim olacaq? 
- “Qarabağ”da fərdi ustalığı yüksək olan futbolçular var. Abdullah Zubir, Kadi Borqes təkbətək mübarizədə istənilən oyunçunu keçə bilər. Sadəcə, hər ikisinin əhvalı yerində olsun, oyundan qopmasınlar. Bunu bacarsalar, məncə, “Qarabağ” qalib gələcək. Əgər çexlər Bakıdakı çıxışı təkrarlasa, Zubir, Kadi və İbrahima Vadjiyə çox böyük yük düşəcək. Təkbətək epizodlar elədir ki, heç kim heç nədən sığortalanmır. Belədə rəqib müdafiəçiləri qırmızı vərəqə də ala bilərlər. Bunda da hücumçularımızdan çox şey asılı olacaq. Ümid edirəm ki, adlarını sadaladığım oyunçular Plzendə yaxşı günlərində olacaqlar. 

- “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşmək şansını neçə faiz görürsünüz? 
- Şanslar bərabərdir. Nəinki mən, bütün Azərbaycan xalqı ürəkdən istəyir ki, “Qarabağ” “Viktoriya”nı keçsin. Ailəmlə oturub oyuna baxacağıq, komandamızın qələbəsi üçün dua edəcəyik. İnşallah, uğur bu gün “Qarabağ”ın yanında olar!

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar