“Kəpəz”də hələ baş məşqçi təyinatı gözlənilmir”

“Kəpəz”də hələ baş məşqçi təyinatı gözlənilmir”

Premyer Liqaya dönüşü uğursuz alınan “Kəpəz” ilk 4 turda məğlubiyyətlərin ardından baş məşqçi Yaşar Vahabzadə ilə yollarını ayırdı. Hələ də xal üzünə həsrət qalan Gəncə klubunun yeni çalışdırıcısının kimliyi bəlli deyil. 

Həm bunu, həm də Gəncə şəhər stadionundakı son durumu öyrənmək üçün klubun icraçı direktoru İlqar Nadiri ilə əlaqə saxladıq.

“Kəpəz” rəsmisi Sports.az saytına müsahibəsində bəzi məsələlərə aydınlıq gətirdi. 

- Mövsümə ardıcıl 4 məğlubiyyətlə başladınız, komanda 14 qol buraxdı. “Kəpəz” Premyer Liqaya hazır deyildi?
- Futbolda belə hallar olur. “Hazır deyil” və ya “hazır idi” söyləsək düz çıxmaz. Ev oyunlarını Gəncədə keçirə bilmirik. Bu, əlavə çətinliklər törədir. Üstəlik, yay təlim-məşq toplanışını istədiyimiz kimi keçirə bilmədik. Rəqiblər isə hazır komandalardı. Xırda detalların hamısı matçlarda öz sözünü dedi. 

- İlk turdan gəncəli azarkeşlər Yaşar Vahabzadəni “Kəpəz”in baş məşqçisi kimi qəbul etmirdilər. Uğursuz çıxışda və onun ayrılmasında bu amilin rolu oldu? 
- Komandaya təzyiq olanda istər-istəməz psixoloji cəhətdən futbolçulara təsir göstərir. İş elə gətirdi ki, ardıcıl məğlubiyyətlər oldu. Bu cür vəziyyətin çox davam etməsini gözləyə bilməzdik. Çıxış yolunu axtarmağa çalışdıq. Belə qərara aldıq ki, baş məşqçi ilə yollarımızı ayıraq. Yaşar müəllim təcrübəli mütəxəssisdir, həmişə komandaya var gücü ilə xidmət eləməyə çalışıb. Təəssüf ki, alınmadı. 

- Yeni baş məşqçi məsələsi nə yerdədir? 
- Bu, mənim verəcəyim qərar deyil. Klubun İdarə Heyətinin üzvlərinin fikri bu məsələdə önəmlidir. Yəqin ki, yaxın günlərdə qərar veriləcək.

- Şahin Diniyev və Aftandil Hacıyevin adı daha çox hallanır. Namizədlər mətbuatda yazılanlardır? 
- Bir neçə namizəd var. Mətbuatda da adlarını oxuyuruq. Amma son qərar verilməyib. 

- Sentyabrın 1-də “Qarabağ”la keçiriləcək 5-ci tur matçına qədər yeni çalışdırıcı müəyyənləşəcək? 
- Xeyr, baş məşqçi təyinatı hələ gözlənilmir. Komandanı Xaliq Mərdanova tapşırmışıq. Bu gündən “Kəpəz” onun rəhbərliyi altında məşq edəcək. “Qarabağ”la oyuna da komandanı o meydana çıxaracaq. 

- Gəncə stadionu ilə bağlı problemin həlli üçün hansısa addım atılırmı?
- Bununla bağlı qurumlarla danışmağa çalışırıq. Məhdud sayda da olsa azarkeş buraxmaqla ev oyunlarını Gəncədə keçirmək istəyirik. 

- Bu istəyi nə vaxt reallaşdırmağı planlaşdırırsınız? 
- İmkanımız olsa, növbəti turu Gəncədə keçirərik. Amma indiki vəziyyətdə bu real deyil. 

- Stadion üçün maliyyə ayırılmayıb və indiyə qədər heç bir iş görülməyib? 
- Xeyr, heç bir iş görülməyib. O ki qaldı maliyyə məsələsinə, bu, bizə aid olan məsələ deyil. Biz orada icarədarıq.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar