“Mən heç kimə lazım olmayan insanam” - Samir Ələkbərov

“Mən heç kimə lazım olmayan insanam” - Samir Ələkbərov

Müstəqilliyin ilk illərində Azərbaycan futbolunun ən parlaq simalarından biri, şübhəsiz ki, Samir Ələkbərov olub. Uzun müddət “Neftçi”nin formasını geyinmiş, İsraildə legioner həyatı yaşamış və Azərbaycan millisinin şərəfini qorumuş 54 yaşlı mütəxəssis hazırda işsizdir. 

Futbolçu karyerasını bitirdikdən sonra “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt” kimi klublarda köməkçi-məşqçi kimi fəaliyyət göstərmiş, bir müddət U-21 yığmamıza rəhbərlik etmiş Ələkbərov uzun müddətdir sevimli peşəsindən uzaq düşüb. 

Samir müəllimin incikliyi Sports.az saytının əməkdaşı ilə söhbətində də aşkar hiss olundu. 

- Nə işlə məşğulsunuz, Azərbaycan millisində oynamış biri kimi kənarda qalmaq sizi narahat eləmir? 
- Mən heç kimə lazım olmayan bir insanam. Fikirlərim də kimsəyə maraqlı deyil. Bununla barışıb danışmaqla qurtarmışam. 

- Siz də futboldakı problemləri deməyəcəksinizsə, bəs kim deyəcək? 
- Əvvəllər dediyimizi bir qulaqdan alıb, digərindən buraxırdılar. İndi qulaqlarını elə tıxayıblar ki, deyirsən də veclərinə deyil. 

- Yorulmusunuz? 
- Neçə dəfə demək olar? İnanın ki, danışmaq artıq mənim özümə də maraqlı deyil. 

- Futbolu izləyirsiniz? 
- İnanırsınız, heç bir oyuna baxmıram, heç nə ilə maraqlanmıram. Kimin harada oynamasından, hansı nəticə göstərməsindən məlumatsızam. Elə vaxtım da yoxdur. Oturub sırf çempionat oyunlarını izləyib təhlil eləmək mənlik deyil. 

- Çox incik görünürsünüz... 
- Əlbəttə. Məncə, bu sualları işləyənlərə versəniz, daha yaxşı olar. Kim kimlə oynayırsa, mən neyləyim? Mənə onlar lazımdır? O qədər problemlərim var ki... 

- Danışdıqlarınızı işıqlandırsaq, problem olmaz? 
- Guya danışdıqlarım kimə lazım olacaq ki? Yazmağınızda heç bir problem yoxdur. Amma inanmıram ki, fikirlərim kiməsə maraqlı olsun.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar