“Qarabağ” “Nant”ı uda bilər” – El Jadeyaui

“Qarabağ” “Nant”ı uda bilər” – El Jadeyaui

“Qarabağ” sabah Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Nant”ı qəbul edəcək. 2015-2016-cı illərdə Ağdam klubunun formasını geyinmiş Alharbi El Jadeyauinin karyerasının böyük hissəsi məhz Fransa ilə bağlıdır. Mərakeşli veteran vaxtilə Fransanın U-21 yığmasının da formasını geyinib.

El Jadeyaui Sports.az saytına müsahibəsində sabahkı qarşılaşma ilə bağlı düşüncələrini bölüşüb, “Qarabağ”ın G qrupundakı şanslarını dəyərləndirib.

- Keçmiş komandanız “Qarabağ”ın oyunlarını izləyirsiniz?

- Oyunlara baxa bilməsəm də, nəticələrlə maraqlanıram. Komandanın hər il avrokubokların qrupuna yüksəlməsi daim inkişafda olduğunu göstərir.

- Azərbaycan çempionunun Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda “Frayburq”a səfərdə 1:2 hesabı ilə məğlub olmasından məlumatlısınız?

- Əlbəttə, məlumatlıyam. Oyunun icmalına baxmışam. Məncə, “Qarabağ” Almaniyadan xalla dönə bilərdi. Hətta son dəqiqələrdə hakim “Frayburq”un qapısına penalti verə bilərdi. Fikrimcə, “Qarabağ” orada məğlubiyyətə layiq oynamadı.

- Sizin vaxtınızdakı “Qarabağ”la hazırkı komandanı necə müqayisə edərdiniz?

- Bunu mənim müqayisə eləməyim doğru olmaz. Çünki indiki heyəti dərin təhlil etməmişəm. Amma komanda müntəzəm avrokuboklarda yer alırsa, “Frayburq” kimi rəqibə qarşı Almaniyada qorxmadan çıxış edirsə, deməli, indi də çox güclüdür.

- Uzun illər Fransada çıxış etmiş biri kimi, qrupun 2-ci turunda “Nant”la keçiriləcək oyundan nə gözləyirsiniz?

- İlk turun nəticələri göstərdi ki, “Qarabağ”ın işi çətin olacaq. Çünki “Nant” da bu turnirə ciddi önəm verir. Onlar təcrübəli “Olimpiakos”u məğlub ediblər. Amma “Qarabağ”ın da “Frayburq” önündəki çıxışı “Nant”ı narahat eləməlidir. Maraqlı oyun olacaq. Məncə, “Qarabağ” meydan amilindən yararlanıb qələbə qazana bilər. Üstəlik, azarkeşlərin tribunaları dolduracağına şübhə etmirəm.

- “Nant”ın hazırkı durumunu necə dəyərləndirmək olar?

- “Nant” Fransa çempionatında uğurlu start götürməyib, cəmi 1 qələbəsi var. Ancaq Avropa arenasında fərqli mübarizə olur. Sürətli hücuma keçən, qol vurmağı xoşlayan komandadır.

- Qrupda hansı klubları növbəti mərhələyə şanslı sayırsınız?

- İndidən fikir bildirmək çox çətindir. Unutmayaq ki, “Nant” və “Frayburq” ilk turda öz meydanında çətinliklə qələbə qazanıb. Bu iki komanda sabah səfərdə də bunu edə bilsə, o zaman müəyyən fikir yürütmək olar. Çox qəliz qrupdur. Dörd klubun hamısının şansının olduğunu fikirləşirəm.

Son xəbərlər
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
DAHA ÇOX

Ən çox oxunanlar