Co Koul “Aston Villa” - “Çelsi” oyununda VAR-ın işi ilə bağlı danışdı

İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Co Koul İngiltərə Premyer Liqasının 35-ci turunun “Aston Villa” - “Çelsi” oyununda VAR sisteminin işini şərh edib.

Sports.az xatırladır ki, hesab 2:2 ikən “zadəganlar”ın oyunçusu Aksel Disasi 90+5-ci dəqiqədə qol vurub, amma VAR-ın müdaxiləsindən sonra qol vəziyyəti ilə bağlı məqamda qayda pozuntusu qənaətilə qol ləğv edilib və oyun elə, bu hesabla da başa çatıb - 2:2.

“Ağıllı qayda pozuntusudur. Karlos Badiaşile dirsək vuraraq onu təhrik etdi. Bu məyusedicidir.

“Sadəcə düşünürəm ki, VAR ilə qarşımıza qoyduqlarımıza nail ola bilmirik. Bu sistem oyunların həlledici anlarında bizi ehtirasdan məhrum edir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar