UEFA “Neftçi” böyüklüyünü unutmadı

UEFA “Neftçi” böyüklüyünü unutmadı

UEFA Konfrans Liqasının paylaşımı...

İllərdi klubu dağıdanlar unutdu, UEFA "Neftçi" böyüklüyünü unutmadı...

Klub/komanda quruculuğu, qələbə ruhu, təcrübəli, səviyyəli yerli, legioner futbolçular öz yerində, "San Siro"da "İnter"ə qarşı meydana 19-22 yaşlı futbolçular çıxırdı... 

Heç kimə "gəncləri oynadırıq" deyilmirdi, çəkinmədən əsas heyətdə cavanlar, istedadlar oynadılaraq nəticələr qazanılırdı...

Tərlan Quliyev, hazırda hansı klubda olduğu bilinməyən Emin Mehdiyev, 18-19-20 yaşlı Elvin Yunuszadə, Mirhüseyn Seyidov, Emil Balayev, Elşən Abdullayev, Məqsəd İsayev, gənc olmaqlarına baxmayaraq artıq təcrübəli, 22 yaşlı Araz Abdullayev, Cavid İmamverdiyev... Və davamı gələn, yetişən neçə-neçə yeniyetmə-gənc futbolçular...

Vaxtilə düşmən pünikləri Moskvadan qovan, davamını Nikosiyada gətirən, nəhəng Milan stadionunda nəhənglərdən çəkinməyən, üstlərinə gedən "Neftçi"! 

Dağıdıcı zərbə tək tarixi kluba, Azərbaycan futboluna dəyməyib, istedadlı gənclərin qarşısı alınıb, didərgin salınıb, inkişafları dayanıb. Bu illər ərzində 100-dən çox transfer edilib, səviyyəsiz futbolçular gətirilib komandaya.

İllərlə əməyi keçənlərin əziyyəti, fədakarlığı sayəsində "Neftçi"nin 5-10 il ardıcıl uğurlar qazanmağa, liderlik etməyə heyəti formalaşmışdı...

Dağıtmaq asandır, qurub-yaratmaq çətin!

Yaxınlarda, o vaxt gənc, indi artıq təcrübəli futbolçularımızdan birinin dediyi kimi,
"Çox gənc idik, dərk etmirdik, o günlərin, bizim üçün hansı əziyyətlərin çəkildiyini bilmədik. Sonralar, böyüyə-böyüyə, haqsızlıqlarla üzləşə-üzləşə dərk etdik"...

Qarşıda "Neftçi"ni "İnter" Milan, heç həmyerliləri APOEL də gözləmir, sıradan bir "Aris"dir...

İstənilən dövrdə uğursuzluq yaşana bilir, klub/komanda möhkəmdirsə, böyüklük dərk edilirsə, dərhal geridönüş etməyi bacarır...

"Neftçi"ni kiprlilərlə cavab matçına kökləməyə ehtiyac yoxdur, oyuna kimi hər gün bu fotolara baxılsın. UEFA zərgər dəqiqliyi ilə pasını, ötürməsini edib, videoları da əlavə edib, rəhbərlik, məşqçilər, futbolçular bir yerdə seyr etsinlər...  

Bundan böyük psixoloji "ustanovka" olmur!

UEFA-nın paylaşımı, 10 il öncəni xatırlatması rəmzi məna daşıyır. Beynəlxalq quruma da keçirdiyi turnirlərdə böyük klubların, dolu tribunaların, ictimai marağın, geniş diqqətin, müzakirələrin olması sərf edir...

UEFA da deyir, "Neftçi" - böyüksən!

Olmasa... "Neftçi" - kiçik düşünənlərin yeri deyil...

Uğurlar olsun!

Son xəbərlər
PSJ - “Bayern” matçında 9 qol
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar