Asiya çempionu "Sabah"da!

Asiya çempionu "Sabah"da!

Qış transfer dönəmində Qazaxıstan yığmasının qapıçısı Stas Pokatilovu heyətinə qatan "Sabah" daha bir asiyalı futbolçu ilə güclənir.
Söhbət özbəkistanlı Umarali Raxmonaliyevdən gedir.
Onun kapitanı olduğu Özbəkistan millisi inişil Asiya U20 çempionatının qalib adını qazanıb, Umarali isə final matçında İraqın qapısına yeganə qolu vurub.
"Sabah" 21 yaşlı yarımmüdafiəçini məxsus olduğu Kazan "Rubin"indən 1 illik icarəyə götürüb.
Verilən məlumata görə, Masazır klubu futbolçunun transferi üçün 200 min avrodan keçməyə hazır imiş. Amma Tatarstan təmsilçisi bu təklifdən imtina edib. Futbolçu özünü Azərbaycanda yaxşı göstərə bilsə, "Sabah" bir il sonra 360 min avro ödəməklə onu transfer edə bilər.
Qeyd edək ki, Umarali Raxmonaliyevin "Rubin"lə müqaviləsi gələn ilin yayı bitir. "Sabah" özbəkistanlı gənc futbolçunu transfer etsə, onun növbəti satış məbləğinin 25 faizini Kazan klubuna ödəməli olacaq.

Son xəbərlər
İspanlar mübarizəni dayandırdı, İngiltərə klubları yarımfinala çıxdı
Konfrans Liqası: “Maynts”la “Fiorentina” dayandı, “Şaxtyor” yarımfinala çıxdı
“Yuventus”un sabiq qapıçısı faciəvi şəkildə vəfat etdi
“Liverpul”da ciddi itki
Avropa çempionatının ilk günündə iki bürünc medal
“Napoli” Kasado ilə maraqlanır
“Neftçi” NTD-yə qalib gəldi
“Cəbrayıl” üçün danışılmış oyunlara qarşı sessiya
“Barselona” və “Milan” oyunçu mübadiləsi həyata keçirə bilərlər
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu bilindi
Premyer Liqada 30-cu turun oyun cədvəli açıqlandı
“Barselona” PSJ-nin müdafiəçisini satın ala bilər
“Meydanda xarakter göstərdik”
“Roma”nın ulduzu “Milan”a keçməyi xəyal edir
“Barselona” Bastoninin keçidi ilə bağlı təhlil aparır
“Mingəçevir”lə “Səbail”dən qələbə
Millinin futbolçuları azarkeşlərlə görüşüblər
Levandovski “Milan”a keçməyə bilər
Yarımfinalın təyinatları açıqlandı
Millimizin Andorra ilə oyununa təyinatlar açıqlandı
“Real” keçmiş futbolçusunun vəfatını bəyan etdi
“İnter” “Roma”nın müdafiəçisi ilə maraqlanır
Kazemiro “İnter Mayami” yolundadır
“Gəncə” “Ordu” üzərində qələbə qazandı
“Milan” “Bayern”in yarımmüdafiəçisindən cavab gözləyir
Fransa Futbol Federasiyasının keçmiş rəhbəri vəfat etdi
“Prezident Kuboku” ilk dəfə Sərsəngdən start götürəcək
“Mançester Yunayted” rəhbərliyi Karriklə bağlı hansı fikirdədir?
“Çelsi”nin yarımmüdafiəçisi Madriddə ev axtarışındadır
2-ci Liqada daha 3 turun oyun cədvəli açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar