AGF bu qədər tənqidi haqq edirmi?

AGF bu qədər tənqidi haqq edirmi?

Paris-2024 Yay Olimpiya Oyunları bitib, emosiyalar bitməyib. Bəziləri ölkəmizin bu yarışda uğurlu, digərləri uğursuz çıxış etdiyini deyir. 

Əslində hər iki qiymət nisbidi. 

Sadə insanları ən çox üzən məqam ölkədə yerli idmançıların yetişdirilməsi ilə bağlı düzgün iş görülməməsidi. Legioner gətirib uğur qazanmaq asan yoldu. Amma bu siyasət uzun illərdir davam edir. Nəticəsi isə heç də ürəkaçan deyil. 

Həmin legionerlərə xərclənən vəsaitlə ölkənin hər yerində müxtəlif idman növlərində pulsuz seksiyalar açmaq, peşəkar yerli mütəxəssislər yetişdirmək olardı. İndi uşaq idmanı nə qədər kütləvidi? Hər yerdə uşaqlar üçün əlçatan, pulsuz seksiyalar varmı? Bu başqa və dərin araşdırma mövzusudu.

Parisdə ən çox medalı güləşçilər qazanıb. Bununla belə, aşırı tənqid olunan da Azərbaycan Güləş Federasiyasıdı. Çünki, Olimpiya Oyunlarında ənənəvi ən böyük gözləntilərimiz bu növdən olub. Əsas səbəblərdən biri də dünya reytinqinin lideri Həsrət Cəfərovun qızıl medal almamasıdı. 

İnsafən, Güləş Federasiyası son 3 ildə az iş görməyib. Bu aşağı yaş qruplarına da aiddi. Müxtəlif yaşlarda kütləvi şəkildə beynəlxalq yarışlarda iştirak edən və ən çox medal qazanan idmançılarımız da güləşçilərdi. Ən azı bundan belə nəticəyə gəlmək olar ki, güləşdə azərbaycanlı uşaqların yetişdirilməsi prioritet götürülüb. 

Federasiya dediyim kimi əsasən Həsrətin qızıl almamasına görə tənqid atəşinə tutulur. İdmanda elə incəliklər var ki, bunu həmişə yazmaq olmur. AGF-nin Parisdəki işi də bu mənada qənaətbəxş sayıla bilməz.

AGF kimi Cüdo Federasiyası da idmançılar üçün hər şərait yaradır, beynəlxalq turnirlərdə daim geniş heyətlə iştirak edirik. Amma güləşdən fərqli cüdoda Parisdə görülən iş də təqdirəlayiq idi.

Qələbənin sahibi çox olur, məğlubiyyət yetimdi. Hidayət Heydərov və Zelim Kotsoyevin inkişafında ACF-in keçmiş rəhbərliyinin Rövnəq Abdullayevin, Sadıq Sadıqovun, hətta Füzuli Ələkbərovun rolunu danmaq olmaz. Bu istedadlar onların vaxtında tapıldı, yetişdi. 
Rəşad Nəbiyevin gəlişindən sonra  istedadlarını tam açdılar, parladılar və məntiqi sonluq Parisdə gəldi. 

Cüdoçuların tariximizdə ilk dəfə Olimpiya Oyunlarında 2 qızıl medal qazanması federasiyanın doğru yolda olmasına işarədi. 

İstər ACF, istər AGF, istərsə də AGİN-in yeni rəhbərliyi heç 3 il deyil fəaliyyət göstərir. Onlardan dərhal böyük uğur tələb etmək olarmı? İllərdir idmana ayrılan vəsaiti nəzərə alsaq, hə. 

Amma keçmişdə düz iş görülməyibsə, yerli idmançıların yetişməsi üçün heç bir ciddi addım atılmayıbsa, bu, indiki rəhbərliyin günahı deyil. Bu haqda növbəti Olimpiya Oyunlarında hesabat soruşmaq tam yerinə düşər. 

Üç il yeni Olimpiya Çempionları yetişdirmək üçün çox vaxt deyil. Odur ki, keçənə güzəşt deyib Parisdə uğur qazanan idmançılarımızı təbrik edək və Los Anceles 2028 üçün indidən doğru işə başlanılacağına ümid bəsləyək...

Anar Şabanoğlu

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar