“Araz-Naxçıvan” “İmişli”yə, “Sumqayıt” “Kəpəz”ə uduzdu

Bu gün Misli Premyer Liqasında 30-cu tura start verilib.
Sports.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
İlk oyunda “Kəpəz” “Sumqayıt”ı qəbul edib. Yevlaxda keçirilən oyunu Əli Əliyev idarə edib. Görüş Gəncə təmsilçisinin əzmkar qələbəsi ilə yekunlaşıb.
Günün digər oyununda “Araz-Naxçıvan” və “İmişli” komandaları üz-üzə gəlib. Sumqayıtda baş tutacaq görüşün baş hakimi Vüqar Həsənli olub. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb.
Bu turun “Şamaxı” – “Sabah” və “Zirə” – “Qəbələ” oyunları mayın 3-də, “Qarabağ” – “Turan Tovuz” görüşü mayın 4-də, “Karvan-Yevlax” – “Neftçi” matçı isə ayın 5-də keçiriləcək.
Misli Premyer Liqası
30-cu tur
2 may
“Kəpəz” – “Sumqayıt” 2:1
Qollar: Rauf Hüseynli, 86-pen; 89-pen – Yusif İmanov, 64-öz qapısına.
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov
Yevlax şəhər stadionu, 16:00.
Kəpəz: 33. Yusif İmanov, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 8. Şakir Seyidov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov.
Baş məşqçi: Azər Bağırov.
Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 33. Danilo Beskorovaynı, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskes, 95. Nsana Simon.
Baş məşqçi: Saşa İliç.
“Araz-Naxçıvan” – “İmişli” 0:1
Qol: Dioqo Kardozo, 18.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev
“SOCAR Polymer Arena”, 18:30.
Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov (k), 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 6. Patrik Andrade, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 10. Felipe Santos, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 24. Mustafa Əhmədzadə, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.
İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 11. Vüsal Qənbərov, 94. Rafael Vyeqas, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 23. Dioqo Rollo, 79. Dioqo Kardozo, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç, 17. Ezekiel Morqan.
Baş məşqçi: Xorxe Kaskilya.




























