Ömər və Qurban Avropa çempionatının finalında

Ömər və Qurban Avropa çempionatının finalında

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatına start verilib.

Sports.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 48, 55, 65, 80 və 110 kq-da finalçılar müəyyənləşib.

Ömər Salmanov (48 kq) türkiyəli Şamil Şahan (8:1), çexiyalı Simon Sritr (8:0) və macarıstanlı Benedek Tombora (9:0) qalib gələrək finala yüksəlib. Həmyerlimiz sabah həlledici görüşdə rusiyalı Artyom Tkaçenkoyla güləşəcək.

Qurban Məcnunov (55 kq) polşalı Yakub Şkripçak (9:0), gürcüstanlı Giorgi Kedelidze (5:3), ukraynalı Raxman Qamidov (11:2) və norveçli Abu Bakar Saqaya (9:0) qalib gələrək adını finala yazdırıb. Güləşçimiz sabah çempionluq uğrunda son qarşılaşmada rusiyalı Edem Payziyevlə mübarizə aparacaq.

Orxan Həbibli (65 kq) bolqarıstanlı Antoan Tsvetanovu (7:1) yarışdan kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Aslan Dzuevə 4:8 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün millimizin üzvü sabah təsəlliverici görüşə çıxacaq. Rəqib Dionisios Bulutidis (Yunanıstan) – Qabriel Lunqu (Rumıniya) qarşılaşmasının qalibi olacaq.

Zəka Yusubov (80 kq) rumıniyalı Robert Kukiureana (8:0) və rusiyalı Yeqor Kuropiatnikova (7:6) qalib gəldikdən sonra 1/4 finalda ukraynalı Danyil Melniçuka minimal fərqlə məğlub olub – 3:4.

Məhəmməd Mustafayev (110 kq) debütdə ukraynalı Maksim Sokolyuka müqavimət göstərə bilməyib – 0:9.

Son xəbərlər
“Liverpul” “Monako”nun yarımmüdafiəçisi ilə maraqlanır
Azərbaycan atıcılarından AÇ-də bürünc medal
Müdafiəçisi “Brayton”dan ayrıla bilər
Ömər və Qurban Avropa çempionatının finalında
“Bayern” müdaifəçisi ilə müqaviləsini yeniləməyə yaxındır
Zeynalovdan AÇ-də gümüş medal
“Çelsi” yarımmüdafiəçisi ilə bağlı qərar qəbul etdi
“Bakı–Xankəndi” velosiped yarışına maraq yüksək səviyyədədir”
“Milan” ulduzunu satmağa hazırdır
“Xəzər” Türkiyədə 8-ci oldu
“Xankəndi” və “Qaradağ Lökbatan”dan darmadağın
Müdafiəçisi “Roma”dan ayırla bilər
“Aston Villa” “Mançester Siti”nin yarımmüdafiəçisi satın almağa hazırdır
“Leypsiq” “Brayton”un yarımmüdafiəçisini satın ala bilər
“Milan” hücumçusu ilə bağlı qərar qəbul etdi
Ferran Torres “Mançester Siti”yə qayıda bilər
“Liverpul” Xabi Alonsoya görə “Real”la əlaqə saxladı
“Milan” “Arsenal”ın yarımmüdafiəçisi ilə güclənə bilər
“Real” “Borussiya”nın hücumçusu ilə maraqlanır
Harri Keyn gələcəyi ilə bağlı qərarını nə vaxt qəbul edəcək?
MS “Lill”in hücumçusu ilə maraqlanır
PSJ “Barselona”nın transfer hədəfini ələ keçirmək niyyətindədir
“Arsenal” PSJ-nin hücumçusu ilə əlaqə yaratdı
PSJ-nin Luis Enrike ilə yeni müqaviləsinin müddəti məlum oldu
“Barselona” “Borussiya”nın müdafiəçisi ilə maraqlanır
Azərbaycan atıcılarından AÇ-də möhtəşəm uğur!
Dadaşov oynadı, komandası 4 qola sevindi
Premyer Liqada 32-ci turun proqramı açıqlandı
Çempionun mükafatlandırılacağı tarix məlum oldu
“Bakı-Xankəndi” yarışı çox yaxşı təşkil olunub” – Vinokurov
DAHA ÇOX

Ən çox oxunanlar