Avropa çempionatında 3 qızıl, 2 bürünc medal şansı

Avropa çempionatında 3 qızıl, 2 bürünc medal şansı

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.

Sports.az xəbər verir ki, yarışın beşinci günündə sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq-da finalçılar müəyyənləşib.

Hüseyn Rzazadə (48 kq) gürcüstanlı Laşa Koridze (9:0), türkiyəli Yiğit Egemen (10:0) və rusiyalı Asilder Asluyevə (10:0) heç bir şans tanımayaraq finala vəsiqə qazanıb. Hüseyn sabah həlledici görüşdə ukraynalı Volodimir Boykoyla üz-üzə gələcək.

Abbas Şəfiyev (55 kq) türkiyəli Muhammed Yiğit (8:5) və slovakiyalı Patrik Vetrakı (6:0) mübarizədən kənarlaşdırsa da, yarimfinalda ermənistanlı Suren İşxanyanla bacarmayıb – 4:15. Abbas sabah bürünc medal görüşünə çıxacaq. Rəqibi İssa Çurayev (Fransa) – Kiril Şumeyko (Macarıstan) qarşılaşmasının qalibi olacaq.

Rəşid Nazarov (65 kq) gürcüstanlı Bidzina Jintçaradzeyə xalların keyfiyyətinə görə (2:2) qalib gəldikdən sonra türkiyəli Aydıncan Gümüşdağ (7:3) və ukraynalı Teymur Abumislimovu (3:1) üstələyib. Rəşid yarımfinalda fransalı Saşa Oberi vaxtından əvvəl (10:0) xalçadan məyus yola salıb. Nazarov sabah finalda rusiyalı Maksim Monquşla güləşəcək.

Nihad Süleymanlı (80 kq) gürcüstanlı Rati Revazaşvili (7:2), macarıstanlı Zeteni Tuği (7:0) və rusiyalı Rəcəb Rəcəbova (2:0) qalib gələrək adını finala yazdırıb. Nihad həlledici görüşdə türkiyəli Emirhan Çayırla qarşılaşacaq.

Hakim Tağıyev (110 kq) rusiyalı Maqomed Omarovla (2:1) slovakiyalı Adam Koşanı (4:1) yolundan kənarlaşdırsa da, yarımfinalda gürcüstanlı Murtaz Baqdavadzeyə 0:3 hesabıyla məğlub olub. Təmsilçimizin sabah üçüncü yer uğrunda mübarizə aparacağı rəqibi rumıniyalı Marku Vintan və ya belaruslu Daniil Jivula olacaq.

Son xəbərlər
“Komandam istədiyim futbolu oynadı” - Demçenko
Bayramova Avropa üçüncüsü oldu
“Karvan-Yevlax” “Qəbələ”yə belə uduzdu - VİDEO
“Araz-Naxçıvan” və “Qəbələ”dən qələbə
Avropa çempionatında 3 qızıl, 2 bürünc medal şansı
“Sabah” - “Neftçi” oyununun biletləri satışdadır!
“Hədəf Premyer Liqaya qayıtmaq olsa, qalacağam” - Füzuli Məmmədov
“Daha çox fərqlənmək imkanımız var idi”
“Şəfa” çempion oldu, Premyer Liqaya yüksəldi
“Atletiko” “Borussiya”nın yarımmüdafiəçisi ilə maraqlanır
MY Bellingemlə güclənə bilər
“Liverpul” yeni hücumçu üçün nəhəng xərc çəkməyə hazırlaşır
Azərbaycan gimnastlarından beynəlxalq turnirində 5 medal
“Yuventus” keçmiş hücumçusunu geri qaytarmaq niyyətindədir
“Sportinq” kapitanını satmağa hazırdır
“Arsenal” ondan yaxa qurtarmaq istəyir
“Selta”da yeni rekordçu
“Bayern” 3 futbolçusu ilə vidalaşacaq
Xulian Alvares gələcəyi ilə bağlı tezliklə qərar verəcək
“İnter” hücumçusu ilə bağlı qərar qəbul etdi
Məşhur mütəxəssis “Çelsi”dən zəmanət tələb edir
Azərbaycan millisi Avropa çempionatında çıxış edəcək
32-ci çempion hansı komanda olacaq?
Stolüstü tennisçilər Çinə yollandılar
Sonuncu oyuna təyinatlar açıqlandı
Xulian Alvareslə bağlı vəziyyət nə yerdədir?
Cüdo üzrə yeniyetmələrin Liqa yarışı keçiriləcək
AFFA-dan UEFA lisenziyalı məşqçilik kursları üçün təlim
“Çelsi”nin futbolçuları məşhur mütəxəssisin təyinatını dəstəkləyirlər
Bastoniyə əsas iddiaçı məlumdur
DAHA ÇOX

Ən çox oxunanlar