Ülviyyə Musayeva Avropa çempionatının finalında

Ülviyyə Musayeva Avropa çempionatının finalında

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U15 Avropa çempionatı davam edir.

Sports.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşində 3, qadın güləşində isə 5 çəkidə finalçılar müəyyənləşib.

Yunan-Roma güləşi

İbrahim Məmmədzadə (68 kq) yunanıstanlı Angelis Perdikarisi (8:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Rustam Nexayla bacarmayıb – 0:10.

Süleyman Verdiyev (75 kq) ermənistanlı Arman Ginosyanı (4:1) məğlub etsə də, 1/4 finalda rusiyalı Ammar Mendoxova 2:10 hesabıyla uduzub.

Fikrət Baxşəliyev (85 kq) 1/8 finalda türkiyəli Kerem Uzunla görüşdən məyus ayrılıb – 0:5. Rəqib finala yüksəldiyi üçün Fikrət təsəlliverici görüşə çıxacaq.

Qadın güləşi

Ülviyyə Musayeva (33 kq) polşalı İnes Şimçakla ukraynalı Viktoriya Pervaçukun kürəyini yerə sıxaraq “tuş”la qələbə qazanıb. Həmyerlimiz sabah finalda türkiyəli Yağmur Minazla güləşəcək.

Nərgiz Cəfərzadə (39 kq) təsnifat mərhələsində ukraynalı Sofiya Protsivaya minimal fərqlə (8:9) məğlub olub.

Mədinə Kərimova (46 kq) debütdə moldovalı Rusalina Portaruya 3:9 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Mədinə sabah təsəlliverici görüşə çıxacaq.

Ləman Əliyeva (54 kq) 1/8 finalda ukraynalı Tereza Tkaçişinlə (0:10), Aylin Həsənli (62 kq) isə eyni mərhələdə yunanıstanlı Elli Brousayla (1:6) baacarmayıb.

Son xəbərlər
CAR-ın DÇ-2026 üçün heyəti açıqlandı
Avroliqada mövsümün rəmzi komandası
Seneqal millisinin DÇ-yə gedəcək heyəti açıqlandı
Avropa Liqasında mövsümün ən yaxşısı bəlli oldu
Olimpiya çempionlarından güləşçilərə motivasiya və uğur mesajı
Almaniya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Ülviyyə Musayeva Avropa çempionatının finalında
İlyasov Avropa çempionatında iştirak edəcək
Hüseyn və Paşa Avropa çempionu oldu
Daha bir klubun 2-ci liqada iştirakına icazə verildi
“Heç bir halda arxayınlaşmaq olmaz”
“İnanıram ki, rəhbərlik ən düzgün qərarı verəcək” - Ayxan Abbasov
“Qəbələ” mövsümü qələbə ilə bitirdi - VİDEO
Sadıqova Avropa çempionatının finalına yüksəldi
Plyuşenkonun oğlu Azərbaycan millisini təmsil edəcək
“Gəncə”dən məşqçisi ilə yeni müqavilə
Liqa yarışının 2-ci turuna start verildi
“Qəbələ” “Şamaxı”ya qalib gəldi
İki futbolçuya üç oyunluq cəza
Pley-off mərhələsində üz-üzə gələcək komandalar müəyyənləşdi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
“Məktəbli Kuboku”nun final oyunları keçiriləcək
“Neftçi” Azərbaycan Kubokunun qalibi oldu
İnfantino “Sabah”ı çempionluq münasibəti ilə təbrik etdi
Seyxan Fərəcov mükafatlandırıldı
Premyer Liqada növbəti mövsümünün start tarixi müəyyənləşdi
Növbəti mövsümün transfer dönəmlərinin tarixi açıqlandı
Xabi Alonso daha bir transeferi ilə bağlı qərar verdi
Seleksiya xarakterli turnir üçün qeydiyyat başladı
Əvəzedicilərin yarışında mövsümün sonuncu təyinatları
DAHA ÇOX

Ən çox oxunanlar