"Qurban Qurbanov ən yaxşı məşqçidi, Rəşad Sadıqov isə..." - Flavinyo 

"Neftçi”nin sabiq kapitanı, klubun canlı əfsanələrindən birinə çevrilmiş Flavinyonun Braziliyadan Sports.az saytına eksklüziv müsahibəsi 

- Hazırda nə işlə məşğulsunuz? 
- Düzü, futbolla bağlı heç bir fəaliyyət göstərmirəm. Ev tikintisi ilə məşğul olan firmam var, onunla maraqlanıram. 

- Azərbaycanda keçirdiyiniz illəri necə xatırlayırsınız? 
- Karyeramın ən gözəl illərini Azərbaycanda keçirdim. Ora çox tez uyğunlaşdım, insanlar mənə isti münasibət göstərdilər, öz ailələrinin bir üzvü kimi davrandılar. Ölkəniz üçün çox darıxıram. Bir gün yenidən Azərbaycana səyahət etmək istərdim. 

- Azərbaycan futbolunu izləyirsiniz? 
- Açığı, Premyer Liqanı izləmirəm. Amma ümumi proseslərdən xəbərdaram. Tez-tez çempionat oyunlarının nəticələrinə baxıram. 

- Ardıcıl 3 çempionluq qazandığınız “Neftçi” son 9 ildə bunu yalnız bir dəfə bacarıb. Sizcə, səbəb nədir? 
- Mənim vaxtımda Sadıq Sadıqov kimi çox yaxşı prezidentimiz və güclü, əsl peşəkar kollektivimiz var idi. Bütün bunlar Premyer Liqada 3 çempionluq qazanmağımıza, 2 dəfə ölkə kubokuna yiyələnməyimizə və Avropa Liqasının qrupuna düşməyimizə kömək oldu. Xüsusən də, Avropa Liqasında oynamaq karyeramın ən yüksək zirvəsi idi. Halbuki Azərbaycana gedəndə bu həyəcanı yaşayacağımı heç gözləmirdim. Ümumiyyətlə, heç yerdə “Neftçi”dəki qədər titul qazanmadım. 

- “Qarabağ” son 8 ildə avrokubokların qrupunda çıxış edib. “Neftçi” forması altında “Qarabağ”la mübarizəni necə xatırlayırsınız? 
- “Qarabağ” həmişə əla rəqib olub. Bu komanda ilə yaxşı oyunlar keçirirdik. Amma həmin vaxt təkcə “Qarabağ” yox, başqa güclü rəqiblər də var idi. Çempionatda maraqlı, gərgin matçlarımız çox olurdu. 

- “Neftçi” azarkeşlərinin daim xoş anlarla xatırladığı tək-tük əcnəbi futbolçulardansınız. Özünüzü bu qədər sevdirməyin sirri nədir? 
- Azərbaycanda, “Neftçi”də çox xoşbəxt idim. Bütün varlığımı kluba həsr etmişdim, onun uğuru üçün əlimdən gələni edirdim. Düşünürəm ki, bu amillər azarkeşlərin yaddaşında qalmağımda rol oynayıb. Elə mən özüm də “Neftçi” fanatlarını unutmuram. Küçədə gəzməyə çıxdığım zaman azarkeşlərimizin mənə göstərdikləri dəstəkdən ötrü darıxmışam. 

- Azərbaycanda gördüyünüz ən güclü futbolçu və məşqçi kim idi? 
- Bir neçə mütəxəssisin rəhbərliyi altında çıxış etdim. Hər birinin məndə xüsusi yeri var. Ancaq ən yaxşı məşqçi kimi Qurban Qurbanovu göstərərdim. Hərçənd onun komandasında oynamamışam, həmişə rəqib olmuşuq. Komandasının göstərdiyi nəticələr də Qurbanovun savadından, gücündən xəbər verir. O ki qaldı ən yaxşı futbolçuya, yalnız birini fərqləndirməzdim. Həm komanda yoldaşlarım, həm də rəqib olduqlarım içində yüksək səviyyəli oyunçular çox idi. 

- Burada hansı müdafiəçiyə qarşı oynamaq sizə çətin idi? 
- Azərbaycanda fiziki güc və sürət ön planda olurdu. Fərdi driblinqlərə çox üstünlük verilmirdi. Bu üzdən komandalar rəqiblərin müdafiə xəttini daha çox ötürmələrlə keçməyə çalışırdılar. Müdafiəçilərdən Rəşad Sadıqovu fərqləndirərdim. Ona qarşı oynamaq, onu keçmək çətin olurdu. Çünki düzgün yer seçirdi, hücumçunun bir sonrakı hərəkətini “oxuya” bilirdi. 

- Hələ də əlaqədə olduğunuz kimlərsə var?
- Bəli, Azərbaycanda çox gözəl dostlar qazandım. Onlarla tez-tez danışıram - Sadiq, Əziz, Rasim, Vüsal. Hamısı üçün çox darıxıram. 

- “Neftçi” və ya Azərbaycanın hansısa başqa klubundan Braziliyadakı futbolçularla bağlı sizinlə əlaqə saxlayan, məsləhət alan olur? 
- Bu il “Neftçi”yə kömək olmaq üçün hər şeyi etdim. Kluba 20-dən çox futbolçunun adını göndərdim ki, baxıb qiymət versinlər. Ancaq mənə fikir vermədilər, digər menecerlər vasitəsilə başqa oyunçular seçdilər. Braziliyada gizli istedada malik çox oyunçu var ki, onları üzə çıxarmaq lazımdır. İstəsələr, onlara bu cür futbolçular qazandıra bilərəm.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar