“Kubok bizim üçün çox vacibdir”

“Kubok bizim üçün çox vacibdir”

Yayda etdiyi dəyişiklərdən sonra mövsümə iddialı start götürəcəyi proqnozlaşdırılan “Səbail” hələ ki, ümidləri doğrultmur. 

Mövsümlərarası fasilədə “Mariupol”dan gələn Petro Stasyuk isə komandasının vəziyyətinin dəyişəcəyinə inanır. 27 yaşlı ukraynalı müdafiəçi Sports.az saytına blits-müsahibədə "Səbail"in avrokuboklara vəsiqə şanslarını dəyərləndirir. 

- Premyer Liqadan avrokuboklara vəsiqə şansınızın minimuma endiyini nəzərə alsaq, razısınız ki, “Səbail”in son ümidi ölkə kubokudur?
- Razı deyiləm. Çempionatda qarşıda çox oyunlar var. Vəziyyəti düzəltmək olar. İnanıram ki, turnir cədvəlində mümkün qədər yuxarı pillələrə qalxa biləcəyik. Amma Azərbaycan kuboku da bizim üçün heç də az əhəmiyyətli turnir deyil və çox vacibdir. 

- Kubokun 1/8 final mərhələsində MOİK-i 4:0 hesabı ilə məğlub etdiniz. Bu onu deməyə əsas verir ki, Premyer Liqa ilə Birinci Divizion arasında uçurum var?
- Hesabın belə alınmasına baxmayaraq, matç maraqlı keçmişdi. Liqalar arasındakı fərqə gəlincə, deyərdim ki, Premyer Liqa komandaları daha güclüdür. Amma belə rəqibləri aşağı qiymətləndirsək, onlara qarşı çətin anlar yaşayarıq. 

- Bu həftə ölkə kubokunun 1/4 finalında “Sabah”la üz-üzə gələcəksiniz. Nəyə ümid edirsiniz?
- İstər ölkə kuboku, istərsə də çempionat olsun, hər oyuna qalib gəlmək məqsədilə çıxırıq. Rəqibin və turnirin bizim üçün fərqi yoxdur. Meydanda sadəcə qalibiyyət barədə fikirləşirik.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar