Abdulaye Ba: “Əsas istəyim “Sabah”la avrokuboklara vəsiqə qazanmaqdır”

Abdulaye Ba: “Əsas istəyim “Sabah”la avrokuboklara vəsiqə qazanmaqdır”

“Sabah” növbəti mövsümə hazırlıqları davam etdirir.

Sports.az xəbər verir ki, komandanın yeni transferlərindən Abdulaye Ba klubun rəsmi saytına müsahibəsində transferi, təlim-məşq toplanışı və digər məsələlərlə bağlı fikirlərini bildirib:

– Burda olmaqdan çox şadam. “Sabah” ailəsinin üzvü olmaq qürurvericidir. Bu, mənim üçün yeni çağırışdır. İnanıram ki, “Sabah”la birlikdə uğurlu mövsüm keçirəcəyəm.

– Artıq bir neçə gündür komanda ilə məşqlərdə iştirak edirsən. İlkin təəssüratların necədir?
– Komanda daxilində çox yaxşı, müsbət atmosfer var. Yeni komandama çox tez uyğunlaşdım. Yeni mövsümdə uğur qazanmaq üçün komandamızın yaxşı potensialı var.

– “Sabah”da əsas məqsədin nədir?
– Əsas istəyim komanda ilə avrokuboklara vəsiqə qazanmaqdır. Bilirəm, bu yolda bizi çətin sınaqlar gözləyir. Lakin mən buna hazıram. İnanıram ki, biz komanda olaraq birlikdə daha güclü olacağıq.

– Sənin böyük qardaşın Samba Ba vaxtilə Azərbaycanda çıxış edib. “Sabah”dan təklif gələndə bu barədə onunla danışdın?
– Bəli, mənim böyük qardaşım Samba Ba vaxtilə Azərbaycanın “Karvan” klubunda oynayıb. Onun Azərbaycanda dostları və yaxşı təcrübəsi var. Buna görə, təklifə cavab vermək mənim üçün asan oldu.

– Sonda komandamızın tərəfdarlarına nə demək istərdin?
– Onların məni qarşılamasından çox məmnun oldum. Azarkeşlərimizə demək istərdim ki, onların da dəstəyi ilə yeni mövsümdə hədəflərimizə çatacağımıza inanıram.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar