“Bəhlulla Bədavi möhtəşəm idilər” – “Şah” 

“Bəhlulla Bədavi möhtəşəm idilər” – “Şah” 

“Qarabağ”ın uğurlarında əsasən meydanda top dalınca qaçanların adı ön planda çəkilsə də, komandanın gizli qəhrəmanı Şahruddin Məhəmmədəliyevdir. 

Millimizin üzvü bəzən gözlənilməz səhvlərə yol versə də, “çərçivə”dəki yerini bərkitməyi bacarıb. Elə “Ferentsvaroş” üzərində əldə edilən parlaq qələbədə də Şahruddin əsas pay sahiblərindən idi. İkinci hissədə komandasını bir neçə dəfə qoldan xilas etməklə futbolçu yoldaşlarını ümidləndirdi. 

Budapeştdən qayıdan Şahruddin Sports.az-a müsahibəsində oyunla bağlı sualları cavablandırıb. 

- Yorğunluq sözünü deyir, yoxsa sevinc hissi yorğunluğu unutdurur? 

- Qələbə qazandığımız, Çempionlar Liqasında pley-offa yüksəldiyimiz üçün şirin yorğunluqdur. İndi yorulmaq vaxtı yox, daha çox əziyyət çəkib hədəfə doğru irəliləmək vaxtıdır. 

- Təyyarədə yata bildin? 

- Belə oyunlardan sonra gözümə yuxu getmir. Xeyr, yatmadım. 

- “Ferentsvaroş”la qarşılaşmada möhtəşəm qurtarışlarınla komandanın yarısı olduğunu göstərdin. Sanki belə oyunlara hirslə, xüsusi motivasiya ilə yanaşırsan. 

- Hirs deməzdim. Sadəcə hər birimizdə hədsiz motivasiya var idi. Qarşımızda duran hədəfə çatmaq istəyirdik. Bakıda oyunda itkilərimiz çox idi. Kevin, Maksim, Riçard, Kadi komandadan ayrı düşmüşdü. Ona görə də cavab görüşündə nəyə qadir olduğumuzu göstərmək istəyirdik. 

- Aparıcı futbolçular meydanda olmayanda səndə inam da azalır? 

- Yox-yox, düz başa düşmədiniz. Deməyim odur ki, Bakıda itkilərin fonunda bəlkə də istədiyimizi tam ortaya qoya bilmədik. Halbuki adlarını çəkdiyim oyunçuları əvəzləyən futbolçuların hər biri meydanda canını qoymuşdu. Bəzən rəqibin təhlükəli vəziyyətlər yaxalamasına imkan vermirik. Amma elə oyunlar olur ki, rəqib qapımıza yüklənir, böyük qüvvə ilə hücum edir. Belədə mənim üzərimə çox yük düşür. Dünən də belə oyunlardan biri idi. 

- Meydanda mövqe baxımından sənə yaxın olan Maksimlə Kevinin yeri görünür? Hər halda uzun müddətdir birlikdə oynayırsız. 

- Əlbəttə, hər bir futbolçunun yoxluğu komandamız üçün itkidir. Lakin önəmli olan odur ki, onları əvəz edən Bəhlulla Bədavi son iki matçda möhtəşəm performans sərgilədilər. Mənim üçün ən vacibi bütün komanda yoldaşlarımın yanımızda olmasıdır. Meydana kimin çıxması o qədər də önəmli deyil. Çünki “Qarabağ” bir ailədir. 

- Oyundan sonra rəqib futbolçularla söhbət etdin? Nə deyirdilər? 

- Xüsusi olaraq kiminləsə dayanıb söhbət etmədim. Yanımızdan keçəndə təbrik edirdilər. 

- “Sürix”lə görüşdən sonra rəqib futbolçuların yekəxana, özündənrazı olduğunu demişdim. “Ferentsvaroş”ın üzvlərində belə xüsusiyyət hiss olunmurdu? 

- Bu komandanın futbolçuları oyundan əvvəl, oyunun gedişində və sonrasında özlərini əsl peşəkar kimi apardılar. Futbolda məğlubiyyətin də olduğunu qəbul edib yenilgiyə üzülmək peşəkarlıq tələb edir. 

- Növbəti rəqib “Viktoriya”dır. Hazırda komandakı futbolçular arasında bu rəqibi yaxından tanıyan azsaylı futbolçulardansan. Çexlərə qarşı revanş hissi var, yoxsa sıradan oyun olacaq? 

- Həmin matçlarda qapını İbrahim Şehiç qoruyurdu, mən ehtiyatda idim. Gizlətmirəm, “Viktoriya” ilə Bakıdakı oyun karyeramın ən acı oyunlarından biri kimi yadımda qalıb. O qədər qol imkanlarından yararlana bilməmişdik, rəqib isə son dəqiqələrdə vurulan qolla mərhələ adlamışdı. 

- Deməli nəsə qalıb bu rəqibə qarşı. 

- Bu cür deməzdim. Həmin qarşılaşmalar keçmişdə qalıb. İndi bizim yeni komandamız var. Onların heyəti də dəyişib. Hədəfə çatmaq üçün yaxşı hazırlaşıb, əlimizdən gələni edəcəyik. 

- Mərhələ adlamaq şanslarını necə dəyərləndirirsən? 

- Sualı bu gün verirsizsə 50-nin 50-yə deyərdim.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar