Paris-2024: Bu gün 2 idmançımız və basketbol millimiz yarışacaq

Bu gün Azərbaycanın iki idmançısı və 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

Sports.az xəbər verir ki, ilk olaraq cüdoçu Zelim Kotsoyev tatamiyə çıxacaq.

Belə ki, 100 kq çəki dərəcəsində yer alan təmsilçimiz saat 12:00-dan sonra ilk görüşünü keçirəcək.

Boksçumuz Alfonso Dominqes (92) isə Olimpiadada növbəti görüşünü keçirəcək.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi bu gün iki görüş keçirəcək. Komandamız günorta saatlarında Fransa, axşam saatlarında isə Almaniya yığması ilə üz-üzə gələcək.

Olimpiada avqustun 11-də başa çatacaq. Hələlik yalnız cüdoçumuz Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar