FIDE prezidentindən Şahmat Federasiyasına hədiyyə

FIDE prezidenti Arkadi Dvorkoviç şahmat tacı uğrunda rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında keçirilən çempionluq görüşünün 13-cü partiyasının keçirildiyi şahmat lövhəsini Azərbaycan Şahmat Federasiyasına hədiyyə edib.

Sports.az xəbər verir ki, Bakıya səfər zamanı şahmat lövhəsini özü ilə gətirən Dvorkoviç hədiyyəni AŞF rəhbəri Mahir Məmmədova təqdim edib. 

AŞF-nin prezidenti dəyərli hədiyyəyə görə FIDE rəhbərinə təşəkkürünü bildirib.

Xatırladaq ki, Astanada keçirilən şahmat tacı uğrunda görüşdə qələbə qazanan Din Liren dünya çempionu olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar