“İnter” Darmianla müqaviləsini yeniləyir

“İnter” komandanın müdafiəçisi Matteo Darmianla əmək müqaviləsini 2025-ci ilə qədər uzatmaq seçimini gerçəkləşdirmək niyyətindədir.

Sports.az xəbər verir ki, “İnter” 33 yaşlı futbolçunun nümayiş etdirdiyi oyun səviyyəsindən razıdır və bu səbəbdən Milan klubunun rəhbərliyi futbolçu ilə müqaviləsinin müddətini 2024/2025 mövsümünün sonuna qədər uzatmaq şərtindən yararlanmaq qərarına gəlib.

Darmianın özü də komandadakı mövqeyindən razıdır və “İnter”in təklifini böyük ehtimalla müsbət qarşılayacağı təxmin edilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar