Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Sports.az xəər verir ki, iclasda 2024-cü ilin vahid təqvim planında keçirilməsi nəzərdə tutulan yarışların təşkili müzakirə olunub.

Həmçinin struktur qurumların - federasiyaların fəaliyyətinin yüksəldilməsi, vahid diplom, sertifikat layihələrinin təsdiqi, dan kəmər, dərəcə imtahanlarının tələb olunan qaydalarda keçirilməsi, məşqçi-müəllim heyətinin sertifikatlaşdırılmasının davam etdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sonda müzakirələrin nəticəsinə uyğun müvafiq qərarlar qəbul edilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar