Nəticəsi əvvəldən bilinən oyun

Nəticəsi əvvəldən bilinən oyun

Bu axşam Avropa meydanlarındakı qürurumuz "Qarabağ" tarixinin ən rahat oyununa çıxacaq.

Çempionumuz qarşısına qoyulan tapşırığı artıqlaması ilə yerinə yetirib. Birdən birə iki tarix yazıb. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasında 1/16, ardıncasa 1/8 finala yüksəlib!

Səmimi deyim, püşkdə son anda "Qarabağ"a rəqib olacaq potensial iki rəqib - "Slaviya Praqa" və "Bayer Leverkuzen" qalanda 1/4 final xəyalları qurmağa başlamışdım. Amma qismət...

Bunu oyundan öncə yazmağım bəlkə də düz deyil. Amma "Qarabağ" və "Bayer" obrazlı desək başqa planetlərin futbolunu təmsil edirlər. Hə, futbolda bəzən möcüzə də olur. Amma "Qarabağ"ın bura qədər gəlib çıxmasının özü möcüzədi. Və ağdamlıların Almaniya təmsilçisinə qarşı maksimum edə biləcəyi var gücünü ortaya qoymaq, gözəl futbol sərgiləməkdi.

Azca futboldan xəbəri olan adam "Qarabağ"ın qarşısına "Bayer"i də keçməlisən" tələbi qoya bilməz. Leverkuzenlilərin bu mərhələdə Bakıya gəlişi bizim üçün nağıllar aləminə səyahət kimidi...

Aşağılıq kompleksi filan deyil, real baxışdı. Qurban Qurbanova Braqadakı oyundan öncə sual vermişdim ki, portuqaliyalıların 1 futbolçusu sizin bütün komandadan bahadı. Bu oyunçularınıza psixoloji təzyiq göstərmir ki? Dedi belə şeylərin üzərində dayanmırıq, hər oyun qələbə qazanmaq istəyirik. Cavab xatirinə demirdi, adamda bir əminlik vardı. Və bu əminlik komandasına, futbolçularına da keçdi.

Bu gün də əminlik olacaq. Eyni zamanda rahatlıq. Çünki, "Qarabağ"dan heç kim nəticə tələb etmir. Xalqımıza yaşatdığı bu bayramın kefini çıxartmalıyıq.

...Hər dəfə Türkiyənin 3 böyüyünün matçı keçiriləndə Bakıda heç bir kafe-restoranda yer olmur. Mən də adətən öz komandalarımızın çempionat, kubok qarşılaşmalarına baxmağa gedirəm. "Qalatasaray", "Beşiktaş", "Fənərbaxça" oynadısa, "Bağışlayın bütün yerlər rezervdi, başqa heç nəyə baxmaq olmayacaq" deyirlər. Amma bu axşam tək Bakıda yox, bütün Azərbaycanda yerlər "Qarabağ"a görə rezervdi. Əminəm, Türkiyədə də çempionumuzun oyununa baxan çox olacaq. Artıq "təmsilçimiz, takımımız" deyə xitab edirlər "Qarabağ"a...
Türkiyədən "Qarabağ"ın oyununu izləmək üçün Bakıya jurnalistlər gəlir, Qurban Qurbanova suallar verir. Hoca da "qardaşlarımızın da dəstəyini duyuruqsa, qarşımızı heç kim ala bilməz!" deyir.

Azərbaycanlı olaraq qürur hissi keçiririrsən. Həssas adamam. Belə şeyləri görəndə kövrəlirəm.
"Qarabağ" təfəkkürümüzü, məğlub psixologiyamızı, dünyada bizə olan baxışı dəyişir.

Xabi Alonso kimi dünya ulduzu "Qarabağ"ın gücündən danışır, "Qurban Qurbanov yaxşı məşqçidi" deyir.

Bütün bunlara görə, hər şeyə görə "Qarabağ"a, Qurban hocaya, klubun rəhbərliyinə nə qədər təşəkkür etsək azdı!

Bugünkü oyunun nəticəsi əvvəldən bilinir:
Biz qalibik! "Qarabağ" qalibdi! Azərbaycan qalibdi!

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar