Nagelsman “Bayern”ə qayıtmağa hazırdır

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman “Bayern”ə qayıtmağa hazırdır.

Sport.az xəbər verir ki, Münhen klubu da Nagelsmanın qayıtmasına açıqdır.

Nagelsmanın da keçmiş komandasını yenidən çalışdırmaq istədəyi vurğulanır. Eyni zamanda mütəxəssis bilir ki, “Bayern” rəhbərliyinin heç də bütün üzvləri onun qayıtmasına razı deyillər.

Vurğulanır ki, tərəflərin razılığa gəlmək üçün uzun danışıqlar yolu var.

Nagelsman əvvəllər “Bayern”i 2021-ci ilin yayından 2023-cü ilin martına qədər çalışdırıb.

Nagelsmanın hazırda çalışdırdığı Almaniya yığması ilə cari əmək müqaviləsi isə gələn ilin yayında başa çatacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar