“Qalatasaray” Renatlı “Hatayspor”u məğlub yola saldı
Türkiyə Super Liqasında 31-ci tura start verilib.
Sports.az xəbər verir ki, ilk gündə 4 oyun baş tutub.
“Antalyaspor” – “Ankaragücü” matçında qalib müəyyənləşməyib. “İstanbulspor” evdə “Rizəspor”a, “Qaziantep” də “Alanyaspor”a böyük hesabla uduzub.
“Qalatasaray” isə bu dəfə “Hatayspor”la ev oyunundan qalib ayrılıb. Qonaq komandanın heyətində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 77-ci dəqiqədə meydana buraxılıb.
Türkiyə Super Liqası
31-ci tur
2 aprel
İstanbulspor – Rizəspor 0:4
Qollar: Olavoyin, 4. Minçev, 44; 64. Akintola, 90.
Antalyaspor – Ankaragücü 1:1
Qollar: E.Yeşilyurt, 40 – E.Bekiroğlu, 64.
Qalatasaray – Hatayspor 1:0
Qol: İkardi, 12.
Qaziantep – Alanyaspor 0:3
Qollar: Koka, 6; 72. O.Aydın, 32.
3 aprel
18:00. Sivasspor – Fatih Karagümrük
21:30. Fənərbaxça – Adana Dəmirspor
21:30. Kayserispor – Kasımpaşa
21:30. Konyaspor – Trabzonspor
4 aprel
21:30. Başakşəhər – Beşiktaş
21:30. Samsunspor – Pendikspor