“Bizim üçün prioritet Polşa ilə oyundur” – Joze Alesio

“Bizim üçün prioritet Polşa ilə oyundur” – Joze Alesio

Futzal üzrə Qazaxıstan yığması ilə iki yoxlama oyunu keçirəcək Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva federasiyanın mətbuat xidmətinə müsahibə verib.

Sports.az həmin müsahibəni təqdim edir:

- Aktau şəhərindəki “Halyk Arena”da keçirilən ilk məşqdən sonra nələri qeyd etmək istərdiniz?
- Zala uyğunlaşmaq baxımından ilk məşq əhəmiyyətli idi. Ancaq bura gələrkən problemlərdən qaça bilmədik. Söhbət heyətlə bağlı dəyişiklikdən gedir. İki oyunçumuz bizə qoşula bilmədi, məcburi dəyişiklik etməli olduq. Başqa şeylər düşünürdüm, amma indi fərqli situasiya ilə üz-üzəyəm. Amma heç nəyi dəyişmək mümkün deyil. Ona görə də vəziyyətlə barışıb, işləmək lazımdır. İki oyun üçün mümkün qədər yaxşı hazırlaşacağıq. Bu oyunlar dünya çempionatının seçmə mərhələsi çərçivəsində Polşa ilə keçirəcəyimiz matça hazırlıq məqsədi daşıyır. Çoxlu məşq etməliyik. Yoxlama oyunları olsa da, səhvlərdən qaçmalıyıq. Arena əladır, yeni inşa edilib, örtük də superdir. Bildiyim qədəri ilə oyun zamanı anşlaq olacaq. Aktauda futzala maraq böyükdür.

- Problem ancaq komandaya qoşula bilməyən futzalçılarla bağlıdır?
- Komanda olaraq tam hazır deyilik. Qallo (Everton Kardosa) və Baton (Cezar De Angelis Zhonatan) fiziki cəhətdən “axsayırlar”. Bu da anlaşılandır. Çünki Baton cəmi 1 həftə əvvəl yeni komandası ilə müqavilə imzalayıb və məşqlərə başlayıb. Qallo isə İndoneziya çempionatında fasilə yarandığına görə, bir müddətdir istirahət edirdi. 4 gündür bizimlə məşq keçir, ancaq bu qısa vaxtda formasını bərpa etməsi qeyri-mümkündür. Əlbəttə, bu da problem yaradır. Əsas odur ki, çatışmazlıqlarımız bu yoxlama oyununda ortaya çıxsın və Polşa ilə görüşə qədər tam hazır olaq. Bizim üçün prioritet Polşa ilə oyundur.

- Rəqib baş məşqçi Kaka da açıqlamasında gənc futzalçıları sınayacağını deyib...
- Qazaxıstan yığmasının heyəti ilə tanışam. Dəvət olunan futzalçıların 90 faizini Avropa çempionatının final mərhələsində iştirak edənlər təşkil edir. Həmin heyətdən Leo yoxdu. 2-3 yeni oyunçuya dəvət göndərib. Qalanı təcrübəli oyunçulardır. Bizim düşərgəmizdə də Xəzər Ağalızadə, Nurlan Mehdizadə kimi gənc futzalçılar var.

- Kapitan sarğısını kimə həvalə edəcəksiniz?
- Hazırda biz tam heyətlə toplaşmamışıq, ona görə də bu məsələyə aydınlıq gətirilməyib. Qazaxıstanla yoxlama oyunlarında sarğını Rövşən Hüseynliyə həvalə etməyi düşünürəm. Amma rəsmi matçlardan əvvəl bu məsələyə yenidən qayıdacağıq. Kapitan ancaq sarığını daşımaq və oyundan əvvəlki rəsmi tədbirləri icra etmək üçün seçilmir. O, liderlik xüsusiyyətlərinə, bacarığına sahib olmalıdır. Heyətimiz tam toplaşdıqdan sonra kapitanımızı da seçəcəyik.

-  Yeri gəlmişkən, sentyabrın 19-da millimizin yer aldığı qrupda ilk oyun keçiriləcək. Polşa-Yunanıstan duelində kimi favorit görürsünüz?
- Polşanı cütün favoriti hesab edirəm. Onlar daha çox oyun keçirib, yaxşı hazırlaşıblar. Hətta Braziliya millisinə qarşı da oynayıblar. Yunanıstanla qarşılaşmada meydan amili də onların xeyrinə olacaq.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar