Avropa çempionu olan azərbaycanlı şahmatçı: “Arzum həyata keçdi”

Avropa çempionu olan azərbaycanlı şahmatçı: “Arzum həyata keçdi”

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Sports.az xəbər verir ki, 27 yaşlı qrossmeyster Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olması barədə danışıb:

“İnanın, sevincimi sözlə izah etməkdə çətinlik çəkirəm. Çox sevinirəm. Məşqlərin nəticəsini gördüyümüzə görə çox şadam. Qitə çempionatı zamanı mənə dəstək olan bütün insanlara təşəkkür etmək istərdim. Avropa çempionatı çox gərgin keçdi. Həyəcansız oyunlar olmadı, hər tur müəyyən qədər həyəcan hiss olunurdu”.

Şahmatçı təmkinli oyun nümayiş etdirdiyini bildirib: “Bu yarışda rahat idim. Çalışırdım hisslərə imkan verməyim. Çünki bir səhv arzumun həyata keçməsinə mane ola bilərdi. Qitə yarışında uğurlu çıxış etməyimdə gərgin məşqlərin rolu böyükdü. Dəstək olan bütün məşqçilərə təşəkkür edirəm. Mənimlə çalışan məşqçi Yevgeni Tomaşevskinin adını çəkməyə bilmərəm. Və əlbəttə, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədova minnətdaram. AŞF rəhbərliyi mütəmadi olaraq hazırlığımızla maraqlanır, təcrübəli məşqçiləri işə cəlb edir. Onların ümidini doğrultduğum üçün şadam".

İdmançı sona 2 tur qalmış həyəcanın artığını deyib: “Ən yaxın izləyicimi 1 xal qabaqlayırdım. Son turları düşünəndə həyəcan gəlirdi. Birdən səhv olar və turnir cədvəlində vəziyyət dəyişər. Çox istəyirdim ki, çempionatı birinci yerdə başa vurum”.

Qrossmeyster 2022-ci ildə Avropa çempionatında bürünc medal qazanmasının ardından qızıl mükafata sahib çıxmasının sevindirici hal olduğunu dilə gətirib: “Əvvəllər yarışdan əvvəl ancaq qələbə barədə düşünürdüm. Nəticə olmayanda, təbii ki, pis təsir edirdi. Yəni getdiyim turnir barədə fikirləşirdim. İndi daha böyük düşünürəm. Məşqlərdə gələcəkdə bütün yarışları hədəfə alıram. Bir yarışda alınmaz, digərində alınar. 2022-ci ildə bürünc medaldan sonra düşünürdüm ki, görəsən, bunu qızıl mükafata çevirə bilərəm? Xəyal qururdum. İnanırsınız, bəzən adam özünə inanır, bəzən inanmır. Xəyalım indi gerçəkləşdi, azrzum həyata keçdi. 2020-ci ildə pandemiyadakı vəziyyəti hamı xatırlayır. Hər tərəf bağlı idi. O günlərdə hazırlaşanda özüm üçün xəyal qururdum. Yunanıstana yollananda çempionluğu arzulayırdım, xəyal edirdim. İndi arzuma çatdım. Hisslərimə yer vermədim, şahmatdan zövq alaraq hər tur qələbə qazanmağa çalışdım”.

Fətəliyeva bu qələbənin sentyabrda Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan millisinə kömək edə biləcəyini vurğulayıb: “Qitə çempionatı başa çatmayıb, hazırda son turun oyunları davam edir. Şəxsi Avropa çempionatında medalımızın sayı çox ola bilər. Komanda yoldaşım Günay Məmmədzadənin mükafatçılar sırasında yer almaq şansı var. Olimpiadaya gəldikdə, qadın şahmatçılardan ibarət millimiz hər yarışda şahmat həvəskarlarını sevindirməyə çalışır. Düşünürəm ki, Avropa çempionatındakı qələbə hər bir şahmatçımıza kömək ola bilər”.

Qeyd edək ki, Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşüb. O, 10 qarşılaşmada 8,5 xal toplamaqla bunu bacarıb.

Son xəbərlər
PSJ - “Bayern” matçında 9 qol
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar