Dünya futbolu
“Mənim vaxtımda MY 7-ci olmuşdu, amma işlər belə pis deyildi”
15.05.2024 | 16:00
“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi “qırmızı şeytanlar”ın İngiltərə Premyer Liqasının cari mövsümündəki çıxışını şərh edib.
Sports.az ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mən komandada olanda Devid Moyesin rəhbərliyi altında yeddinci yeri tutmuşduq. Bəli, xatırlayıram ki, Moyes nəhayət işini itirdi, amma o zaman da işlər qədər pis deyildi”.
Xatırladaq ki, hazırda “Mançester Yunayted” tarixinin ən bərdab mövsümünü keçirir.