Bakıda şahmat üzrə ölkə çempionatı keçirildi

Bakıda şahmat üzrə ölkə çempionatı keçirildi

Azərbaycan Şahmat Federasiyası (AŞF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığıyla şahmat üzrə 8, 10, və 12 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatı keçirilib.

Sports.az xəbər verir ki, yarışın yekun nəticələrinə əsasən 9,5 xal toplayan Mətin Bəkirli 8 yaşadək oğlanlar arasında birinci yeri tutub.

Azad Xuduzadə (8 xal) və Əbəlfəz Səfərəlizadə (7,5 xal) müvafiq olaraq ikinci və üçüncü olub. Qızların yarışında Nurgün Fəxrətzadə 9,5 xalla hamını qabaqlayaraq qızıl medal qazanıb. Mehin Talıbova (9 xal) və Yağmur Muradlı (8,5 xal) 2-3-cü yerlərdə qərarlaşıb. 11 turdan 8 xal toplayan Yasin Əzimov 10 yaşlı oğlanların yarışında qalib adını qazanıb. Müvafiq olaraq 7 və 6 xalı olan Səfa Hümmətovla Nurlan Əzizli gümüş və bürünc medalla kifayətlənib. Eyni yaş kateqoriyasında qızların turnirində Səbirə Muradlı çempion olub. Eyni xala malik Xədicə Babazadə əlavə göstəricilərə görə ikinci yeri tutub. İlk üçlüyü 7,5 xalla Məryəm Məmmədova qapayıb.

12 yaşlıların yarışında Əhməd Hüseynov 10 xalla qızıl medala layiq görülüb. Şəmsi Qaraxanovla (9 xal) Mirnamiq Ağazadə (8 xal) yarışı 2-3-cü yerlərdə başa vurub. 12 yaşlı qızların turnirində Zəhra Allahverdi (10 xal) çempionluq sevinci yaşayıb. 8,5 xalı olan Fatimə Mirzəliyeva gümüş, 8 xal toplayan Əsnad Baxşızadə bürünc medalçı olub.

Yarışın bağlanış mərasimində AŞF-nin Birinci Vitse-Prezidenti Faiq Həsənov qalib və mükafatçıları təbrik edib. Onlara beynəlxalq yarışlarda uğurlar arzulayıb.

Ölkə çempionatlarında ilk üç yeri tutan şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomları və medalları ilə təltif olunub. Çempionatın qalibləri müvafiq yaş qruplarında dünya çempionatına, ikinci yeri tutan şahmatçılar isə Avropa çempionatına ezam ediləcək.

Son xəbərlər
PSJ - “Bayern” matçında 9 qol
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar