“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu

“Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşib.

Sports.az xəbər verir ki, Azərbaycan çempionu 2-ci təsnifat mərhələsində “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq.

Bu mərhələnin ilk görüşləri iyulun 23-24-də, cavab matçları 30-31-də keçiriləcək. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda mövsümə səfərdə başlayacaq.

1-ci təsnifat mərhələsi iyulun 9-10-da və 16-17-də baş tutacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar