GİN və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

GİN və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

İyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransanın dövlətə məxsus milli televiziyası olan France2 telekanalının müxbiri Azərbaycan və Ermənistan idmançılarının paraddan keçidi zamanı ayrı-seçkilik nümayiş etdirərək Azərbaycanı Ermənistanla toqquşmalarda ittiham edib. Eyni zamanda Ermənistanı Fransanın dostu adlandırıb və qeyd edib ki, bu il erməni xalqı üçün “Dağlıq Qarabağ”ın Azərbaycan ordusu tərəfindən süqutu kimi yadda qalıb.

Sports.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin Paris Olimpiadasında Azərbaycana qarşı təxribatla bağlı bəyanatında bildirilib.

Bəyanatda, həmçinin deyilir: “Bu, faktiki olaraq Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulmasıdır. Həmin prinsiplər son illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bir neçə qətnaməsi ilə, o cümlədən açıq şəkildə “Olimpiya Xartiyasının əsas prinsiplərinin etirafı” (A/RES/78/10) ilə tanınıb və dəstəklənib. Xartiyada açıq şəkildə qeyd edilib ki, “BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya Hərəkatına rəhbərlik etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya istismarına qarşı çıxmaqdır”.

Baş vermiş halla bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu göndərilib. Məktubda qeyd olunub ki, dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir. Buna görə də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib”.

Son xəbərlər
Nikolas Cekson A Seriyasına keçə bilər
İsmayıllıda yeni idman zonası açılıb
Azərbaycan avarçəkənlərindən daha 2 medal
Kaysedo “Çelsi”ni tərk edə bilər
“Perspektivli komandamız var, daha güclü potensiala malikik”
İlham Əliyev Avropa çempionu olan güləşçiləri qəbul edib
Millimiz son oyununda Pakistanı məğlub etdi
MY Uqarteni satışa çıxaracaq
Millimiz ilk yoldaşlıq matçında Belarusa uduzdu
Konfrans Liqasının yarımfinal mərhələsi başlayır
Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək
Bakıda Avropa Kubokuna start verildi
“Benfika” baş məşqçisini “Real”a buraxmaq istəmir
Axundzadə oynadı, ABŞ kubokunda mərhələ adladı
Prezident Kuboku: Mingəçevirdə növbəti mükafatçılar bəlli olacaq
Yüksək Liqada 18-ci turun oyunları keçiriləcək
“Ayntraxt” “Real”ın müdafiəçisi ilə maraqlanır
Şevalye PSJ-dən ayrıla bilər
Günün oyunları – TV
Fransa klubunda baş məşqçi ayrılığı
“Bayer”də yeni müqavilə
“Neftçi” “Qarabağ”a qarşı
“Atletiko” və “Arsenal”dan ilk oyunda heç-heçə
Özbəkistanda daha bir uğur
Dibala vətəninə qayıdacaq
DÇ-2026-nın mükafat fondu artırıldı
Ştiller “Ştutqart”dan ayrıla bilər
Kukurelya “Barselona”ya qayıdacaqmı?
Xulian Alvares gələcəyi ilə bağlı seçim etdi
Raşford “Barselona”da qalmaq üçün böyük güzəştə hazırdır
DAHA ÇOX

Ən çox oxunanlar