“Qalatasaray” Osimheni heyətinə qatdığını açıqladı

Türkiyənin "Qalatasaray" klubu hücumçu Viktor Osimheni icarə əsasında sıralarına cəlb etdiyini açıqlayıb.

Sports.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı forvard 2024/2025 mövsümündə Superliqada çıxış edəcək.

İstanbul təmsilçisi tərəfindən 25 yaşlı oyunçuya birillik 6 milyon avro ödəniləcək.

2021-ci ildən İtaliyanın "Napoli" klubunda forma geyinən Osimhen bu müddət ərzində 108 matçda 65 qol vurub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar