Dünya futbolu
“Qırmızı vərəqədən sonra oyuna qayıtmaq çətin idi” - Tonali
12.10.2024 | 10:30
İtaliya yığmasının yarımmüdafiəçisi Sandro Tonali UEFA Millətlər Liqasının 3-cü turunun Belçika yığması ilə ev oyununun nəticəsini (2:2) şərh edib.
Sports.az xatırladır ki, “skuadra adzurra” 40-cı dəqiqədə meydanda azlıqda qaldıqdan sonra iki top üstünlüyünü əldən verərək, heç-heçə ilə barışmalı olublar.
“Bu, yaxşı bir oyun oldu, qırmızı vərəqə isə futbolun bir hissəsidir və biz bunu qəbul etməliyik. Biz oynaya biləcəyimizi göstərdik. Oyuna qayıtmaq çətin idi, çünki heç kim meydandan qovulacağını gözləmirdi, amma biz ilk 40 dəqiqə ərzində vahid bir komanda olduğumuzu göstərdik. Qırmızı vərəqədən sonra oyunun dəyişə biləcəyini qəbul edirik, çünki onlar dərhal qol vurdular, amma bir saat ərzində həqiqətən güclü rəqibə qarşı özümüzü saxladıq”.