Dünya futbolu
Cerrard onu istefa səsləyən kəsləri cavabladı
02.11.2024 | 23:54
“Əl-İttifaqa”nın baş məşqçisi Stiven Cerrard komandanın uğursuz nəticələri mənzərəsində öz ünvanına səslənən tənqidləri cavablayıb.
Sports.az xəbər verir ki, bundan əvvəl, azarkeşlər və yerli jurnalistlər 44 yaşlı ingilis mütəxəssisin istefasını tələb ediblər:
“Sosial şəbəkələrdə kimlərinsə fikirlərinə çox da qarşılıq vermirəm və ya çox narahat olmuram. Mənim üstünlük verdiyim məqam bu klubdur. Komanda daxilindəki insanları dinləyirəm və oyunçularımı dəstəkləməyə davam edirəm”.